Tarixi İstanbul tramvayı muzeyə verilir – SƏBƏB

İstanbulun məşhur İstiqlal prospekinə baş çəkənlər şübhəsiz ki, qırmızı rəngli tramvay vaqonlarını görüb. İndi bələdiyyə bunları müasirləşdirmək istəyir.
Avtosfer.az xəbər verir ki, 1990-cı ildə prospektdə nəqliyyatın hərəkəti qadağan edildikdən sonra Osmanlı dövlətinin yadigarı olan, tramvaylar da turistlərin ixtiyarına verildi. Tramvaylar bu gün də əcnəbi və yerli turistlərin maraq obyektidir.
İstanbul bələdiyyəsi bu vaqonları muzeyə verməyi, kontakt xəttini isə sökməyi planlaşdırır. Layihəyə görə, vaqonlar xarici görünüşünü saxlamaqla yenisi ilə əvəzlənəcək. Lakin mexaniki hissə tam müasir olacaq. Artıq yeni tramvaylar elektromobil kimi akkumulyatorlardan qidalanacaq. Bir dolumla vaqonlar təxminən 2 gün hərəkət edə biləcək. Kontakt xəttinin sökülməsi həm də tramvaylardan bayraq asarkən hərəkəti asanlaşdırmaq məqsədi güdür.
Yeni tramvaylarda təhlükəsizlik də ciddi nəzərə alınacaq. İndi güzgüləri kameralar əvəz edəcək, xaricdəki bütün çıxıntılar yığışdırılacaq ki, sərnişinlər vaqondan sallana bilməsin. Hər il onlarla turist tramvaydan sallandığı üçün yıxılıb xəsarət alır.
Beləliklə, tam 110 il əvvəl istismara verilmiş vaqonlar yaxın vaxtlarda muzeydə öz yerini alacaq. İstanbulda həm klassik (türklər buna nostaljik tramvay deyirlər – müəl.), həm də müasir tramvaylar vəhdətdə işləyəcək.
Yeri gəlmişkən, Bosforun qoynundakı Osmanlının keçmiş paytaxında bu gün müasir tramvaylar da özünün inkişaf dövrünü yaşayır. Bu bir daha göstərir ki, qədim, dar küçələri olan meqapolislərdə də relsli küçə nəqliyyatının inkişafı mümkündür.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












