Təhlükəsizlik kəməri haqqında maraqlı faktlar

Tarixdə bilinən ilk təhlükəsizlik kəmərini 1885-ci ildə amerikalı Edward J. Claghorn tərəfindən icad edilib. O, açıq vaqonlarda səyahət edən turistlər üçün hazırladığı icadını təhlükəsizlik kəməri adlandıraraq elə həmin ildə potentləşdirmişdi. Təhlükəsizlik kəmərlərinin ilkin kütləvi tətbiqi isə ilk dəfə aviasiyada olmuşdur. Belə ki, fransız pilot Adolphe Pegoud 1913-cü ildə təhlükəsizlik kəmərini təyyarəsinə quraşdırmışdı.
Müasir təhlükəsizlik kəmərinin (remen) tətbiq edildiyi ilk avtomobil isə 1959-cu ildə buraxılan “Volvo PV 544” olub. Təhlükəsizlik kəmərini ixtira edən mühəndis Nils Bolin “Volvo” şirkətindən əvvəl aviasiya zavodunda çalışıb və katapult oluna bilən oturacaqların layihələndirilməsində iştirak etmişdir. Qəza zamanı oturacağın insanı hansı sürətlə kənara atması Bolinə məlum idi və o sürücüləri oturacaqdan ayrılmağa imkan verməyən sistem yaratmağı qarşıya məqsəd qoymuşdu. Nəhayət ilk dəfə “Volvo PV 544” və “Volvo Amazon” modellərində quraşdırıldı. Bütün avtomobil istehsalçılarının sərbəst istifadəsi üçün Bolinin yeni ixtirası açıq patent aldı. 1963-cü ildə “Volvo” ixrac etdiyi avtomobilləri təhlükəsizlik kəməri ilə komplektləşdirməyə başladı. “Volvo”nun mütəxəssisləri yeni məhsulun nə qədər səmərəli olduğunu öyrənmək üçün 30 min qəzanı araşdırdılar və məlum oldu ki, təhlükəsizlik kəməri travma riskini 50-60% azaldıb. 1967-ci ildən etibarən bütün avtomobillər təhlükəsizlik kəmərləri ilə təchiz edildi.
1957-ci ildə İsveç dünyada təhlükəsizlik kəmərlərindən istifadəni qanuniləşdirən ilk ölkə oldu. SSSR-də isə 1970-ci ildən istehsal edilən avtomobillərə təhlükəsizlik kəmərləri quraşdırılmağa başlanıldı. 1984-cü ildə Almaniyada ilk dəfə sürücü və ön sərnişin təhlükəsizlik kəmərlərindən istifadə etmədiyinə görə cərimə tətbiqinə başlanılıdı.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












