Təkərə hava vuraq, yoxsa azot?

Təxminən 140 ildir nəqliyyat vasitələrinin təkərinə hava vurulur. Atmosfer havası ən ucuz və praktik amortizatordur. Lakin başqa versiyalar da var.
Avtosfer.az xəbər verir ki, 50-ci illərdən etibarən təyyarələr və idman avtomobillərinin təkərlərinə yalnız azot doldurulur. Adi havadan tam imtina edilib. Səbəb sadədir: azot quru və təmizdir, sızma az baş verir. Ən əsası isə, yüksək temperaturda belə, bu qazın amortizasiya xüsusiyyətləri dəyişmir. Nəticədə sürücünün hiss etdiyi təkanlar azalır.
Hava isə dəyişkən xassəlidir. Üstəgəl, təmir sexlərində təkər vurulan hava qurudulmadan və filtrdən keçirilmədən təkərə vurulduğu üçün yüksək temperatur və təzyiqdə su ayrılır. Bu da disklərdə müəyyən korroziya yaradır. Azotda isə belə hal müşahidə edilmir.
Bəs şinlərdəki havanı azotla əvəzləsək nəticə nə olar? Sınaqlar göstərir ki, gündəlik istifadə edilən avtomobillərdə azot ciddi dəyişiklik yaratmır. Doğrudur, avqust ayında uzun yol sürən və ya gündüz tıxacda hərəkət edən avtomobil üçün hansısa fərq ola bilər. Lakin bu fərq də cüzi olacaq. Bu səbəbdən, azota xüsusi pul verməyə dəymir. Adi avtomobildə şinlər Formula-1 bolidindəkinin heç yarısı həddində qızmır. Əsas məsələ düzgün təkər seçimi və təkərlərə vaxtaşırı texniki qulluq edilməsidir.
Vüqar Yaşaroğlu
Avtomobillərdə illərdir istifadə olunan sistem dəyişdirilir – Geri ötürmədə YENİLİK
Yanacaq işığı yandıqdan sonra avtomobil neçə kilometr gedə bilər? – ARAŞDIRMA
Kim Çen Inın babasını xilas edən şəxsin adı körpüyə verildi - FOTO
Benzinli, yoxsa elektrikli avtomobil daha sərfəlidir? - Nəticələr hər kəsi təəccübləndirdi
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama - VİDEO
Təkərin havası azaldıqda yanacaq sərfiyyatı artır? – ARAŞDIRMA
Bir nömrə nişanı ilə 3 avtomobil: Sürücülər üçün maraqlı qayda
Pəhləvandan yeni şou: Dörd motosikleti belə saxladı – VİDEO
Avtomobil tarixinin ən etibarlı 16 mühərriki AÇIQLANDI
Yeni yol nişanını görənlər təəccüblənir - Mənası məlum oldu
GPS siqnalları pozula bilər: Sürücüsüz avtomobillər üçün yeni RİSK










