Televizor ustaları ilə avtobus təmirçilərini birləşdirən dəyər - FOTO

Bakıda nasaz avtobusların istismara buraxılması heç kimə sirr deyil. Qapısı bağlanmayan, mühərrik və ya transmissiyasından əcaib səslər gələn avtobusların dəfələrlə sərnişini olmuşuq.
Avqustun 23-də saat 10 radələrində rastlaşdığım hadisənin bənzəri barədə bir müddət əvvəl məlumat vermişdim. O vaxt “Bakubus”un avtobusunun mühərrik bölməsinin salondakı qapağında 8 boltdan cəmi üçünün yerində olduğunu yazmışdım.
Bu dəfə isə 206 saylı marşrutdakı avtobusda (Elmlər Akademiyası - Lökbatan) daha ağır vəziyyətin şahidi olduq. Bakı Dairəvi yolunda tam sürətlə hərəkət edərkən 90 XV 354 nömrə nişanlı avtobusda ötürmələr qutusunun üstündəki qapaq küləyin təsiri ilə yerindən çıxdı. Mühərrikdən istilik və işlənmiş qazlar da salona doldu. Doörudur, qapağı yerinə sala bildim və avtobusun sürəti azaldıqda vəziyyət normallaşdı. Yan oturacaqdakı gənc qızın isə hisslərini sözlə təsəvvür etmək mümkün deyil.
Bu vəziyyətə hansısa sovet avtomobilindəki kimi istehsal qüsuru adı vermək mümkün deyil. Problemin kökü budur ki, qapağın üzərindəki 4 ədəd boltu hər dəfə açmamaq üçün çilingərlər və ya sürücü onları təkrarən yerinə bağlamır. Bununla bir növ gələcək işlərini yüngülləşdirirlər.
Bəs bu boltların yerində olmaması nəticəsində sərnişinin ayağı hansısa fırlanan detalın üzərinə düşsə nə baş verəcək? Vəziyyəti təsəvvür etmək belə dəhşətlidir.
Əslində bu hadisə yenilik deyil, ənənənin başqa formada davamıdır. Sovet dövründə bir çox televizor ustası lampalı televizorları təmir edərkən çox sayda detalı “artıq” hesab edərək yerinə qaytarmırdılar. Buna səbəb qeyri-peşəkarlıq idi.
İndi də onların nəvələri iş başındadır. Amma televizor təmiri atelyelərində yox, avtobus qarajlarında.
Vüqar Yaşaroğlu
Cəmi bir ədəd istehsal olunan bu avtomobil 2 milyon manatdan baha satıldı - FOTO
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF












