Televizora çox baxmaq XƏSTƏLİK YARADIR

Uzun müddət televizora baxmaq xroniki ağrıları daha da artırır.
Alimlər 12 il ərzində aparılan böyük Avstraliya Diabet, Piylənmə və Həyat Tərzi Araşdırmasının (AusDiab) məlumatlarını təhlil ediblər.
4000 iştirakçı bir neçə dəfə anketi cavablandırıb və onların xroniki ağrı səviyyələrini 100 ballıq şkala ilə qiymətləndirilib (0 şiddətli bədən ağrısı və 100 heç bir bədən ağrısının olmaması).
Araşdırma nəticəsində məlum olub ki, orta gündəlik televizora baxma vaxtı artdıqca, bədən ağrıları da artıb.
Məsələn, 50 yaşlı insanlar üçün orta bədən ağrısı hesabı ilkin olaraq 77 olub, təbii yaşlanma ilə ildə 0,3 vahid azalıb. Televiziyaya baxma vaxtının bir saat artması ağrının 0,7 vahid artmasına səbəb olub. II tip diabetli insanlarda ağrı dərəcələri daha da nəzərə çarpıb.
Alimlərin fikrincə, bu korrelyasiya oturaq həyat tərzi ilə bağlıdır. Fiziki aktivliyin artırılması xroniki sağlamlıq problemlərinin qarşısının alınması və müalicəsinin əsasını təşkil edir. (lent.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












