Texnikada yenilik: beştaktlı mühərrik - FOTO - VİDEO

2000-ci illərin əvvəllərində yeni tip daxili yanma mühərriklərinə maraq artdı. Bir neçə qlobal şirkət yeni mühərrik layihələndirməyə başladı. Məqsəd ənənəvi dördtaktlı daxili yanma mühərriklərinin səmərəsini artırmaq idi. Nəticədə beştaktlı mühərrik ortaya çıxdı.
“Formula-1” yarışları üçün mühərrik hazırlayan İlmor şirkəti (Britaniya) 2009-cu ildə Ştutqarda keçirilən mühərrik sərgisinə tam yeni bir mühərriklə çıxdı.
Avtosfer.az-ın “caradisiac.com” saytına istinadən verdiyi xəbərə görə, bu yeni ixtira altıtaktlı mühərrik adlandırıldı.
Alman əsilli mühəndis Gerhard Şmitzin hazırladığı yeni mühərrik fərqli funksiyaları yerinə yetirən 3 silindrdən ibarətdir. Birinci və üçüncü silindrlərin iş prinsipi ənənəvi benzin mühərrikində olduğu kimidir (sorma, sıxma, genişlənmə və xaricetmə). İkinci silindr isə digər silindrlərdən xaric olunan qazların enerjisi hesabına hərəkət edir, başqa sözlə bu silindr yalnız sorma və xaricetmə taktlarını icra edir.
Sərgidə təqdim olunan 700 sm3-lik turbokompressorlu mühərrik 7000 dövrdə 130 at gücü hasil edə bildi. 5500 dövrdə fırlanma momenti 165 nyuton metrə bərabər oldu. Ənənəvi mühərriklərə nisbətdə yeni model daha ağır və böyükdür. Lakin istehsalın ucuz başa gəlməsi, konstruksiyanın sadəliyi və qənaət bu ixtiranın üstünlüyü hesab oluna bilər. 1 litr həcmli belə mühərrikdən 185 a.q. hasil etmək mümkündür. Klassik mühərriklər nisbətdə bu rəqəm rekord göstərici hesab oluna bilər.
İş prinsipi
Kənar silindrlər yanıcı qarışı sorur, sıxır və alışma baş verir. Bu zaman orta silindrdə təzyiq minimum olur.
Alışma zamanı qazlar genişlənərək kənar porşenləri itələyir və mexaniki hərəkət yaranır. Bu zaman mərkəzdəki porşen sorma taktını icra edir və genişlənmiş qazlar mərkəzi silindrə daxil olur və onu itələyir. Beləliklə mərkəzi silindrdə sorma və xaricetmə taktları icra olunur və proses ardıcıl şəkildə davam edir.
Yeni mühərrikin şərti yanacaq sərfi 226 qram/kilovatt-dır. Başqa sözlə desək benzinlə işləyən bu mühərrikin yanacaq sərfi dizel mühərriklə müqayisə edilə bilər.
Əgər 2000-ci illərdə daxili yanma mühərrikləri durmadan təkmilləşirdisə, indi proses dayanıb. Artıq heç bir şirkət qalıq yanacaqla işləyən mühərrikə pul xərcləmək istəmir.
Vüqar Yaşaroğlu
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










