Təyyarə bələdçiləri və pilotlarla bağlı narahatedici ARAŞDIRMA

Çoxsaylı peşə nümayəndələri arasında ionlaşdırıcı şüalanmanın təsiri ilə əlaqəli xərçəngdən ən yüksək ölüm riski təyyarə bələdçilərində müşahidə olunur. Siyahıda ikinci yerdə pilotlar qərarlaşıblar. Harvard Tibb Məktəbinin alimləri bu qənaətə gəliblər.
Avtosfer.az xəbər verir ki, tədqiqatın nəticələri "JAMA Internal Medicine" jurnalında dərc edilib.
Tədqiqatçılar 2020-2024-cü illərdə vəfat etmiş şəxslərin ölüm şəhadətnamələrindəki məlumatları öyrənərək, 503 peşə qrupu üzrə müxtəlif növ xərçəngdən ölüm göstəricilərini müqayisə ediblər.
Məlum olub ki, təyyarə bələdçilərində radiasiya ilə əlaqəli xərçəngdən ölüm halları digər peşələr üzrə orta göstəricidən təxminən 50% yüksəkdir. Pilotlarda isə bu göstərici 36% çox olub. Bununla belə, tədqiqatçıların radiasiya ilə əlaqələndirmədiyi xərçəng növlərindən ölüm səviyyəsinə görə təyyarə heyəti digər peşə qruplarından fərqlənməyib. Müəlliflərin fikrincə, bu fakt aşkar edilmiş riskin bilavasitə iş şəraiti ilə bağlı olduğunu göstərə bilər.
Alimlər kosmik şüalanmanı əsas amil hesab edirlər. Uçuş yüksəkliyində atmosfer kosmosdan gələn yüksəkenerjili hissəciklərdən daha az müdafiə təmin edir.
Tədqiqatçıların hesablamalarına görə, pilotlar və təyyarə bələdçiləri ildə təxminən üç-altı millizivert belə şüalanmaya məruz qalırlar. Müqayisə üçün qeyd edək ki, ildə 10 dəfə gediş-dönüş uçuşu həyata keçirən adi sərnişində bu göstərici təxminən 0,4 millizivert təşkil edir.
Risk, həmçinin uçuşların müddətindən və coğrafi enlikdən asılıdır: yüksəkliklərdə və qütblərə yaxın ərazilərdə kosmik radiasiyanın təsiri daha çox olur.
Müəlliflər vurğulayırlar ki, tədqiqat məhz radiasiyanın konkret heyət üzvlərində xərçəngə səbəb olduğunu tam sübut etmir. Gecə növbələri, sirkad ritmlərinin pozulması və ultrabənövşəyi şüaların təsiri də sağlamlığa təsir göstərə bilər.
Alimlər hesab edirlər ki, əldə edilən məlumatlar pilotlar və təyyarə bələdçiləri üzərində daha diqqətli tibbi nəzarətin aparılmasına və radiasiyanın peşəkar təsirinin əlavə olaraq öyrənilməsinə ehtiyac olduğunu göstərir.
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu
93 yaşlı nizamlayıcı hər gün iş başındadır
Tavan baqajı avtomobilin yanacaq sərfiyyatına təsir göstərir? – ARAŞDIRMA
Azərbaycanlı kəndlinin Stalin mükafatı almış ixtirası - FOTOLAR
Azərbaycan rəhbərliyi niyə 1953-cü ildə Xəzərin bombalanmasına razılıq verdi? - FOTOLAR










