Təyyarədə uşaq doğuldu: həkim də, tibb bacısı da tapıldı - FOTO

Rusiyada hamilə qadın təyyarədə uçuş zamanı doğuş edib.
Doğum prosesi Jukovski-Xucənd reysi zamanı Ural Hava Yollarının göyərtəsində qeydə alınıb.
Təyyarə havaya qalxdıqdan sonra sərnişin qarnında ağrı hiss edib və bu barədə heyətə məlumat verib. Böyük stüardessa göyərtədə həkim olub-olmadığını bilmək üçün müraciət edib.
Bir an sonra isə inanılmaz şəkildə, göyərtədə sanki doğum evi qurulub. Belə ki, salonda bir neonatoloq, iki mama tibb bacısı və hətta bir radioloq var imiş. Tibb işçiləri vəziyyəti qiymətləndirərək, lazımi hərəkət kursu barədə razılığa gəliblər. Beləcə həkimlərin gördükləri tədbir nəticəsində 1 saat sonra qız uşağı sağlam doğulub.
Onun boyu 46 sm, çəkisi 2600 qramdır. Təyyarə eniş edən kimi ananı təcili tibbi yardım maşını xəstəxanaya aparıb. Məlumata görə, onlar artıq xəstəxanadan buraxılıblar, hər ikisinin vəziyyəti yaxşıdır. (lent.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












