Təyyarənin pilotları eyni vaxtda yuxuya getdi - 153 sərnişin...

"Batik Air Malaysia" şirkətinə məxsus təyyarənin kapitanı ilə ikinci pilotu uçuş zamanı təxminən 28 dəqiqə eyni vaxtda yuxuya gedib.
Avtosfer.az Referans.az istinadən xəbər verir ki, bu barədə İndoneziya Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsi tərəfindən hazırlanan hesabatda deyilir.
Bildirilib ki, yanvarın 25-də Sulavesi adasından paytaxt Cakartaya uçan "Airbus A320" təyyarəsinin kapitanı və köməkçi pilotu 2 saat 35 dəqiqəlik uçuşun təxminən 28 dəqiqəsini eyni vaxtda yuxuya gedib.
Xəbərdə pilotlardan birinin əkiz körpələrinə qulluq etdiyi üçün uçuşdan bir gecə əvvəl kifayət qədər dincəlmədiyi və bu hadisənin bir sıra naviqasiya xətalarına səbəb olduğu bildirilir.
Bununla belə, 153 sərnişin və dörd stüardessa uçuşu təhlükəsiz şəkildə başa vurub.
Məlumata görə, hadisə havaya qalxdıqdan təxminən yarım saat sonra, kapitanın ikinci pilotdan istirahət etmək üçün qısa fasilə istəməsi zamanı baş verib.
Təyyarə ilə qüllə arasında qeydə alınan son mesajdan 28 dəqiqə sonra ayılan kapitan, ikinci pilotun yatdığını və təyyarənin düzgün marşrutda olmadığını görüb. Kapitan dərhal köməkçisini oyadıb, Cakartadan gələn zənglərə cavab verib və təyyarənin marşrutunu düzəldib. Daha sonra təyyarə təhlükəsiz şəkildə hava limanına enib.
Dəmir yolunda Günəş batareyaları özünü doğrultdu
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO










