Tez ölməmək üçün ən sadə üsul: Gözlərinizi yumun və...

Yaxşı yuxu həm də yaxşı ömür deməkdir və yuxu nə qədər yaxşı olarsa, insan bir o qədər çox yaşaya bilər.
Bu barədə “MedikForum” məlumat yayıb.
Alimlərin fikrincə, hər hansı səbəbdən ölümlərin təxminən 8%-i keyfiyyətsiz yuxu ilə əlaqələndirilə bilər. Onlar əlavə edirlər ki, yaxşı yuxu insanların uzunömürlülük şansını ciddi şəkildə artırır. İnsan nə qədər yaxşı yatırsa, bir o qədər çox yaşaya bilər.
“Yalnız lazımi qədər yatmaq kifayət deyil. Bədənin həqiqətən yuxuda dincəlməsi vacibdir və yuxuya getməkdə heç bir problem olmamalıdır”,-deyə alimlər xəbərdarlıq ediblər.
Tədqiqatçılar yaxşı yuxunun gözlənilən ömür müddətinə təsirini beş amillə əlaqələndiriblər:
*Gecə 7-8 saat yuxu;
*Həftədə iki dəfədən çox yuxuya getməkdə çətinlik çəkməmək;
*Yuxu həbləri istifadə etmədən yatmaq;
*Həftədə iki dəfədən çox olmayan erkən oyanma;
* Oyandıqdan sonra rahatlıq hissi.
İnsanın həyatında bu beş amil nə qədər çox olarsa nə qədər yüksək olarsa, yuxu bir o qədər keyfiyyətli və sağlam sayılır.
Keyfiyyətli yuxunun bütün beş amilinə sahib olanlar arasında orta ömür kişilər üçün 4,7 il, qadınlar üçün isə 2,4 il daha uzundur.
“Xüsusilə, yuxunun keyfiyyəti bütün beş amilə cavab verirsə, hər hansı səbəbdən vaxtından əvvəl ölüm riski 30 faiz, ürək-damar xəstəliklərindən 21 faiz, xərçəngdən 19 faiz və digər xəstəliklərdən 40 faiz azalır” , - deyə araşdırma müəllifləri bildiriblər. (gundem.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












