TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO

“TikTok” istifadəçisi “jasonbcarr” və ona kömək edən dostu çox maraqlı bir üsulla avtonom maşınları “aldatmağı” bacarıb.
Avtosfer.az xəbər verir ki, bunun üçün üzərində “STOP” yazan köynək geyinən TikToker sürücüsüz nəqliyyat vasitələrinin qavrayış sistemlərini çaşdırıb. Səkidə dayanan “jasonbcarr” müxtəlif ssenarilərdə çoxsaylı “Waymo Jaguar I-Pace” avtomobillərini dayandırıb. Bu hadisə sosial mediada sürücüsüz nəqliyyat vasitələrinin texnoloji limitləri və kəşfiyyat səviyyələrinin sorğulanmasına səbəb olub.
Sürücüsüz avtomobilləri yumoristik şəkildə olsa belə sadə bir hiylə ilə dayandırmaq olduqca maraqlı görünür. Bu onu göstərir ki, süni intellekt və avtonom avtomobil texnologiyası hələ insan intellekt səviyyəsinə çatmayıb. Müəyyən vəziyyətləri yanlış şərh edib bu cür sadə hiylələrə aldana bilir. Amma bu həm də avtonom avtomobil texnologiyasının nə qədər irəlilədiyini göstərir. Sürücüsüz avtomobillər ətraf mühitdəki dəyişənləri və təhlükələri aşkar etmək üçün kompleks sensorlar və alqoritmlər dəstindən istifadə edir.
Texnologiyanın inkişafı ilə süni intellekt və avtonom nəqliyyat vasitələri daha təhlükəsiz və daha ağıllı olmağa davam edəcək. Bununla belə, bu cür texnologiyaların insan zəkasını tam şəkildə təqlid etməsi və bütün vəziyyətləri düzgün şərh etməsi üçün vaxt lazım ola bilər.
Məhəbbət Tərlanoğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












