“Tıxaclı Bakı” necə görünür? - 8 fevral Bakıda ilk tramvayın istifadəyə verildiyi gündür

2004-cü ilədək paytaxt küçələrində hərəkət edən tramvaylar ilk dəfə 1924-cü il fevralın 8-də istifadəyə verilib. Bu elektrik-tramvay xətti Azneft yoluyla Dəmir Yolu Vağzalını birləşdirirdi.
2012-ci ilin fevral ayında isə Azərbaycan Hökuməti, Bakıda tramvay xəttinin bərpa ediləcəyini açıqlayıb. "Ağ Şəhər" layihəsi reallaşdıqdan sonra tramvay xətti bərpa ediləcək. Belə ki, layihə çərçivəsində bulvar boyu tramvay xətti qurulacaq. Amma tramvayın Bakının əsas yol qovşaqlarını əhatə edəcəyi gözlənilmir.
Bəs, yaşlı nəslin nümayəndələri “Tramvaylı Bakı”nı necə xatırlayır? Bu nəqliyyat vasitəsinin hansı üstünlükləri var idi? TED.az sizi həmin zamana tramvayla səyahətə dəvət edir.
75 yaşlı Qurban Qurbanov deyir ki, “tramvaylı Bakı” daha sakit, tıxacsız idi: "Bu nəqliyyat vasitəsinin qiyməti sərfəli idi. Ən əsası şəhərin mənzərəsini daha yaxşı görmək olurdu. Elektriklə işlədiyi üçün heç bir benzin qoxusu gəlmirdi. Dayancaqlarda minib-düşmək daha rahat idi. Bir sözlə mənzil başına rahat, təhlükəsiz şəkildə çata bilirdin".
79 yaşlı Zərəfşan Seyidova isə tramvayın çox yaxşı nəqliyyat vasitəsi olduğunu deyir: "Qiyməti sərfəli idi və şəhərin çox yerlərinə tramvaylarla getmək olurdu. Demək olar ki, tramvay xətləri şəhərin hər tərəfinə çəkilmişdi. Ekologiyaya zərər vurmurdu. Şəhərdə nəqliyyatda böyük köməyi var idi. Metronun, avtobusların üzərinə düşmürdü. Eyni zamanda tramvaylar şəhərə xüsusi gözəllik verirdi".
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, tramvay nəqliyyatın ən populyar növlərindən biridir: "Bu nəqliyyatın bir neçə üstünlüyü var. Əsas üstünlüyü odur ki, elektrik enerjisi ilə işləyir.
Ekologiyanı çirkləndirmir. Yəni karbohidrogen yanacağından isifadə edir.
İkinci üstünlüyü odur ki, tramvaylar böyükdür. Sərnişin daşınmada imkanları daha yaxşıdır. Çox sayda sərnişin daşıya bilir.
Üçüncü üstünlüyü odur ki, tramvaylar xüsusi xəttlə hərəkət edirlər. Bir qayda olaraq tıxaca düşmürlər. Tıxac yaratmırlar”.
“Başqa bir özəlliyi də tramvayların şəhər mühitində səs-küyü də azdır. Bu da ekoloji tərəfi ilə bağlıdır. Belə üstünlükləri var. Düşünürəm ki, Bakı şəhərində müəyyən nöqtələrdən başlayıb tramvay xəttləri yenidən qurulmalıdır”, – deyə ekspert bildirdi.
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












