"Toyota"dan gündəlik həyatda hidrogenin istifadəsini asanlaşdıracaq - KƏŞF

Yaponiyanın Toyota Motor avtomobil korporasiyası hidrogen enerjisi ilə işləyən enerji mənbəyinin prototipini hazırlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə avtomobil istehsalçısının cümə axşamı yaydığı press-relizdə deyilir.
Cihazın hazırlanması Woven Planet Holdings-in törəmə şirkəti ilə birgə həyata keçirilir. Bu, diametri təxminən 18 sm, uzunluğu 40 sm və kütləsi 5 kq olan silindrik bir patrondur (kartricdir). Enerji intensivliyi 3,3 kVt/saat qiymətləndirilir. Bu, mikrodalğanın 3-4 saat işləməsi üçün kifayətdir.
Nəhayət, Toyota Motor gündəlik həyatda hidrogenin istifadəsini genişləndirəcək ekoloji cəhətdən təmiz enerji mənbəyini bazara çıxarmağa ümid edir. Bu, öz növbəsində, istixana qazlarının emissiyalarının azaldılması istiqamətində qlobal tendensiyaya töhfə verməlidir.
Toyota Motor artıq hidrogen texnologiyası ilə təcrübəyə malikdir. 2014-cü ildə şirkət bu yanacaq növü ilə işləyən dünyada ilk avtomobil olan Mirai-ni təqdim edib. (Marja)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












