“Trendyol”da çatdırılma qiymətlərinin kəskin artımının səbəbləri nədir? - AÇIQLAMA - FOTO

Türkiyənin məşhur onlayn alış-veriş şirkəti “Trendyol” Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib. Şirkət qiymətləri 2,5 dəfə artırıb.
Xatırladaq ki, dünənə kimi 79,99 türk lirəsi (4,23 AZN) hesablanan çatdırılma xidməti, bu gündən 199,99 türk lirəsi kimi (10,63 AZN) hesablanacaq. Bu da daha çox daşıma xərci tələb edəcək.
Avtosfer.az xəbər verir ki, bu məsələ insanlar arasında çaşqınlığa səbəb olub. Belə ki, bir müddət öncə Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Bununla bağlı müvafiq sənəd Azərbaycan Prezidenti tərəfindən təsdiq edilib. Proqnoz edilirdi ki, iki ölkə arasında əldə olunan razılaşma Türkiyədən Azərbaycana idxal olunan məhsulların qiymətində ucuzlaşmaya səbəb olacaq. Lakin tam əksi ilə qarşılaşdılar. Əhali “Trendyol”da çatdırılma qiymətlərinin artırması və ikiqat vergitutmanın ləğvinin bir-birinə zidd olduğunu deyirlər.
Bəs görəsən, bu iki məsələ həqiqətənmi bir-birinə ziddir və proses hansı şəkildə tənzimlənəcək?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimlinin sözlərinə görə, bu qərardan sonra sahibkarlar bir ölkədə vergi ödəyəcəklər:
“Azərbaycanda fəaliyyət göstərən türkiyəli vergi ödəyicisi ölkəmizdə vergi ödəyirsə, Türkiyədə öz vergilərini ödəməyəcək. Yəni həm Azərbaycanda, həm də öz ölkələrində vergi ödəməyəcəklər. Və ya tam əksi Azərbaycanda qeydiyyatdan keçmiş vergi ödəyicisi Türkiyədə fəaliyyət göstərərkən gəlirlərindən qardaş ölkəyə vergi ödəməyəcək. Mahiyyət ondan ibarətdir.
Bu, ikitərəfli ticarət əlaqələrinə təsir edəcək. Müəyyən xərclərin azalmasına gətirib çıxaracaq”.
Ekspert qeyd edib ki, hər hansı bir məhsulun və ya xidmətin formalaşmasında xərclər əsas rol oynayır:
“Xərclər nə qədər çox olarsa, həmin xidmətin, məhsulun qiyməti də bir o qədər yüksək olacaq. Yükdaşımalarda olan tariflərdə dəyişikliklər, qiymət artımları bütün sahələrə təsirini göstərir. Buna görə də yekun çatdırılmanın qiymətinə təsiri qaçılmazdır.
Yükdaşımalarda olan artım gətirib qiymət artımına çıxartdı. Bu da bahalaşmanın bir təsir üsuludur. Daxili və xarici faktorlardan ibarət olaraq bu, məhsulun da qiymətinə öz təsirini göstərir”.
Məsələ ilə əlaqədar Oxu.Az olaraq “Trendyol Azərbaycan” şirkəti ilə əlaqə saxladıq.
Şirkətdən sorğuya cavab olaraq bildirilib ki, yeni qaydalara əsasən, müxtəlif həcmli bağlamaların karqo qiyməti fərqlənir:
“Ən aşağı desi (bir bağlamanın eni və uzunluğu - red.) qiyməti məhsulların əksəriyyətində 79,99 TL (4,23 AZN) olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL (5,27 AZN - 21,08 AZN) arasında dəyişir. Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər”.
(oxu.az)
"BYD"dən maraqlı qərar: Bu cür qəza xərclərini şirkət qarşılayacaq
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?










