TU-144-ün bərpası: mif, yoxsa? - FOTO

Rusiya SSRİ-nin daha bir uğursuz layihəsini dirçəltmək istəyir. Sanksiya pəncəsində çırpınan Rusiya həm də ciddi təyyarə böhranı ilə üzləşib. Qərb ölkələri detal satmadığı üçün ölkədə yüzlərlə xarici təyyarə anqara məhkum olub. Bəziləri çıxış yolu kimi yerli istehsalın bərpasını təklif edir.
Avtosfer.az-ın xəbərinə görə, Rusiyanın Mülki Aviasiya Nazirliyi 2035-ci ilədək olan strategiyanı açıqlayıb. Nazirlik bildirir ki, 2024-cü ilin yayınadək 12 ədəd TU-144 təyyarəsi istismara veriləcək. Bu təyyarələr 2000 km/saat sürətlə hərəkət edə biləcək. İlk xarici marşrut isə Antalya olacaq.
Qeyd edək ki, TU-144 səsdənsürətli layneri Fransanın “Concorde” təyyarəsinə rəqib kimi yaradılıb. Təyyarə məşhur “Mimino” filmində də yer alır. Bu təyyarə ilə Moskva-Bakı reysini 1 saat 30 dəqiqəyə yerinə yetirmək mümkün idi. Hazırda bu müddət 3 saatdır.
Lakin qəzalar və qənaətsiz yanacaq sərfi hər 2 modelin tarixə qovuşmasına səbəb oldu. İndi bu təyyarələrə yalnız muzeydə rast gəlinir.
O ki qaldı reallığıa, şimal qonşumuzun TU-144 laynerini təkbaşına bərpa etməsi real görünmür. Bu gün Tupolev, Yakovlev, İlyuşin kimi nəhənglər həyatda deyil. Elmi tədqiata ayrılan pullar isə Sovet İttifaqı ilə müqayisədə dəryada damladır. Stalinin vaxtında formalaşmış layihə konstruktor bürolarının isə yalnız adı qalıb. Burada yalnız qocalar gün keçirir, vaxt öldürürlər.
Ağ-qara fotoda: TU-144 təyyarəsi Binə aeorportunda. 7 oktyabr 1974
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO














