Türkiyədə Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş kitab çap edildi - FOTO

Ankarada mərhum millət vəkili, Türk Dünyasının görkəmli ziyalısı Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş kitab çap olunub.
Avtosfer.az musavat-a xəbər verir ki, araşdırmaçı-jurnalist Şəhla Aslanın təşəbbüsü ilə hazırlanan bu kitab Q. Paşayevanın həyat və fəaliyyətinə dair fikirləri əks etdirən məqalələr toplusundan ibarətdir.
Kitabda Türkiyənin elm və təhsil adamlarının, siyasətçilərin, jurnalistlərin və digər tanınmış şəxslərin yazıları yer alıb.
Məqalələrdə Qənirə Paşayevanın ictimai-siyasi fəaliyyətinə, Türk dünyasının birliyinə və inkişafına verdiyi töhfələrə dair düşüncələr geniş şəkildə işıqlandırılır. Müəlliflər onun şəxsiyyəti və gördüyü işlər haqqında dərin fikirlərini bölüşərək, Paşayevanın böyük ictimai xadim kimi fəaliyyətini vurğulayıblar.
Şəhla Aslan Musavat.com-a bildirib ki, bu kitab Qənirə Paşayevanın düşüncələrini və ona olan münasibəti gələcək nəsillərə çatdırmaq üçün əhəmiyyətli bir mənbədir:
"Bu kitabda Türkiyənin tanınmış şəxslərinin yazıları vasitəsilə Qənirə Paşayevaya olan düşüncələrlə onun həyat yoluna işıq tutulur. Kitab Türkiyənin müxtəlif kitabxanalarına və mədəniyyət mərkəzlərinə təqdim ediləcək".
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI














