Uber Azerbaijan müasir rəssamlarla birlikdə Bakıda Uber Arts layihəsinə start verdi - FOTO

İndi Uber Azerbaijan-ı sifariş edərkən əsl sənət obyekti - layihədə iştirak edən rəssamın hazırladığı avtomobil gələ bilər. Uber Arts layihəsinin məqsədi müasir incəsənəti Uber tətbiqi vasitəsilə şəhəri gəzmək qədər yaxın və əlçatan etməkdir.
Layihədə Azərbaycandan 4 rəssam iştirak edib. Onlara “Move with art” (“İncəsənətlə hərəkət et”) mövzusundan ilhamlanaraq avtomobili sənət obyektinə çevirmək tapşırılıb.
Layihəyə ümumilikdə 100 avtomobil cəlb olunub, onları Bakı küçələrində görmək mümkün olacaq. Avtomobillərin salonunun içərisində əsərin təsviri və rəssamın tərcümeyi-halı ilə bağlı səhifəyə aparan QR kodu olan broşür də yerləşdirilib.

İyulun 8-də isə Dənizkənarı Milli Parkda sərgi keçiriləcək. Sərgidə arzu edən hər kəs brendləşdirilmiş avtomobillərlə şəkil çəkdirə və layihə haqqında ətraflı məlumat əldə edə biləcək.
Layihə iştirakçıları haqqında:
Zöhrab Salamzadə - 50-dən çox sərginin iştirakçısıdır. Əsərlərində əjdaha, dərviş, iblis və digər qədim mifik personajların obrazlarından istifadə edir.
AZYADEON - küçə məkanı ilə işləyən qraffiti rəssamıdır. Rəsmlərində milli mədəniyyətə və yerli koloritə xas olan detalları və personajları təsvir edir.
Aidan Aly - illüstrator və qrafik dizaynerdir. Əsərlərində özünəməxsus ifa tərzi ilə tanınan memarlıq obyektlərinin təsvirlərindən istifadə edir.
Orxan Qarayev - çoxsaylı sərgilərin iştirakçısıdır. Canlı obrazlar və metaforalarla zəngin olan rəssamlığa meyl edir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO














