Ukrayna qaranlığa qərq oldu - Ölkə kosmosdan belə görünür - FOTO

Rusiyanın oktyabrın 10-dan etibarən Ukrayna infrastrukturunu hədəf alan raket hücumları Avropanın mərkəzində yerləşən 44 milyon əhalisi olan ölkəni bir ay ərzində daş dövrünə qaytarıb.
Avtosfer.az musavat.com-a istinadla xəbər verir ki, xüsusilə, noyabrın 23-də Rusiyanın raket hücumları nəticəsində Zaporojye AES istisna olmaqla, digər üç AES-in fəaliyyətini dayandırması Ukraynanı kosmosdan çəkilən "işıq xəritəsi"ndən silib.
NASA-nın kosmosdan çəkdiyi görüntülərdən aydın olur ki, Ukrayna ərazisi tamamən qaranlığa qərq olub. 3 milyon əhalisi olan Kiyevdə isə yalnız bir neçə dövlət binasına 48 saat elektrik verildiyi müşahidə edilib. Paytaxt küçələrini yalnız yoldan keçən maşınlar işıqlandırırıb.
Dünən günorta saatlarında Ukrayna Elektrik İdarəsi Kiyevin əksər hissəsinə elektrik enerjisinin verilməyə başladığını elan edib. Təkcə Kiyev deyil, Xarkov, Xerson, Odessa və Zaporojye də elektrik enerjisinin kəsilməsinin öhdəsindən gəlməyə çalışır.
Ukraynanın işğalından sonra Rusiyanın Kiyev və ətrafına endirdiyi hava zərbələri mühüm nöqtələri vurur. Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy qışdan əvvəl Rusiyanın Ukrayna elektrik stansiyalarına hücumlarında azalma olmayacağı ilə bağlı açıqlamalar verib.
Putinə yaxınlığı ilə tanınan Tolstoy deyib ki, Ukraynanın infrastrukturu məhv olacaq və Rusiya Ukraynanı 18-ci əsrə qaytaracaq.
ABŞ, Aİ və Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalan rusiyalı deputat Fransanın BFM telekanalına verdiyi açıqlamada Ukraynanın müttəfiqlərini də hədələyib.
O deyib ki, Qərb illərlə davam edəcək müharibəyə hazır olmalıdır.
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI












