Ukraynada ən böyük qatar qəzası: Meyitlər illərlə stansiyada qaldı - FOTO

İndi hansısa qəza barədə insanların xəbər tutması üçün 5-10 dəqiqə kifayət edir. Amma Ukraynada baş vermiş dəmir yolu qəzası barədə insanlar təxminən 10 il sonra həqiqəti bildilər. Tarixi terminologiya ilə desək, Ukrayna SSR-də baş verən qəza ilə bağlı məlumatlar müstəqil Ukraynada ictimailəşdi.
Avtosfer.az xəbər verir ki, 6 noyabr 1986-cı ildə Ukrayna tarixinin ən böyük dəmir yolu qəzası baş verdi. Saat 3.02-də odessa dəmir yollarının Kortisovka stansiyasında Kiyev-Krivoy Roq reysi ilə hərəkət edən 635 saylı qatar Kiyev-Donetsk qatarı ilə (35) üzbəüz toqquşdu.
Rəsmi versiyaya görə 635 saylı reysin maşinisti stansiyaya yaxınlaşarkən idarəetməni köməkçiyə verərək yatıb. Köməkçi isə svetoforun sarı işığında keçərək avtomatlaşdırma olmayan yola daxil olur, sürəti 30 km/saatadək azaldır. Bundan sonra isə o da yatır.
Lokomotiv briqadası (qatar maşinistləri) stansiya növbətçisinin rus və Ukrayna dillərində çağırışına əməl etməyərək qırmızı işıqda keçir və yoldəyişəni qıraraq stansiyanı dayanmadan keçən 38 saylı qatarla toqquşur.
Hadisə nəticəsində 44 nəfər ölür, 100 nəfər xəsarət alır. 2 elektrovoz və 3 vaqon istismara yarasız hala düşür. Gecə saatlarında evindən qəza yerinə çağırılan stansiya rəisi gördüyü mənzərə qarşısında dəhşətə gəlir: Zərbənin gücündən lokomotivlər bir-birinin üstünə çıxmışdı.
Bundan sonra işin əsas ağırlığı təhqiqatçıların üzərinə düşür. Sovet senzurası qəza barədə xəbər yaymağa icazə vermirdi. Hətta bu hadisə barədə ittifaq qəzetləri bir ay sonra “yolda 5 saat sonra hərəkət bərpa olunub” kimi qısa xəbər verməklə kifayətləndi. Təhqiqatçılar isə ölənlərin şəxsiyyətini müəyyən etmək üçün mümkün hər yola əl atsalar da, zərərçəkənlərin çoxunun şəxsiyyəti illər sonra məlum olur. Hadisə barədə mətbuatda xəbər vermək qadağan idi, ölənlərin əksəriyyətinin üzərində isə pasport (indiki mənada şəxsiyyət vəsiqəsi) yox idi (sovet vaxtı qatara bilet almaq üçün sənəd təqdim etməyə ehtiyac yox idi. Pasportsuz gəzmək inzibati xəta hesab edilsə də, insanlar bu sənədi evdəs axlamağa üstünlük verirdilər). Bu səbəbdən ölənlərin meyitləri illərlə stansiyanın ehtiyat yolundakı soyuducu vaqonda saxlandı.
Hadisənin təfərrüatı Ukrayna müstəqillik əldə etdikdən sonra məlum oldu.
Vüqar
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO












