Unikal konstruksiyalı tunel 45 dəqiqəlik yolu 7 dəqiqəyə endirəcək - FOTO

La Manş tuneli barədə kifayət qədər məlumat olduğundan bu barədə təkrar danışmağa ehtiyac yoxdur. Lakin bir faktı deyək ki, bu tunel dəmir yolunun tarixi vətəni olan Britaniyanı Avropa ilə birləşdirib. Tunelin iqtisadi əhəmiyyəti də hər kəsə məlumdur.
Avropanın ən böyük tuneli isə 24,5 kilometrlik Lardal tunelidir. Bu tunel Norveçin şəhərləri arasında məsafəni qısaldıb.
Avtosfer.az xəbər verir ki, Avropada daha bir unikal tunelin tikintisinə start verilib. Almaniyanı Danimarka ilə birləşdirəcək “Fehmarn Belt fixed link” tunelinin uzunluğu 18 kilopmetr olacaq.
Digər analoqlarından fərqli olaraq Fehmarn Belt tuneli üçün heç bir qazma işi aparılmayacaq. Tunelin qalareyaları betodan hazırlanaraq Baltik dənizindəki eyni adlı boğazın dibinə yerləşdiriləcək. Bu məqsədlə betondan hər biri 73 000 ton ağırlıqda 89 seksiya hazırlanacaq. 3 ayrı seksiyadan ibarət tunelin 2 seksiyasında ikitərəfli avtomobil yolu olacaq. Daha 2 seksiya isə ikixətli dəmir yolu üçün nəzərdə tutulub.
Layihə başa çatdıqda Almaniya ilə Danimarka arasında məsafə qısalacaq. Hazırda bərə ilə bir ölkədən digərinə səyahət 45 dəqiqə çəkir. Tunel hazır olduqda avtomobillə bir ölkədən digərinə 10 dəqiqəyə getmək mümkün olacaq. Qatarla isə cəmi 7 dəqiqə kifayət edəcək.
Ən əsası, Kopenhagenlə Hamburq arasında qatar yolu ilə 4 saat 30 dəqiqədən 2 saat 30 dəqiqəyə enəcək. İtaliyadan isə Skandinaviya ölkələrinə birbaşa qatar reysləri açılacaq.
Tunelin 2029-cu ildə istismara verilməsi nəzərdə tutulur.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













