Uşaq dünyaya gətir, avtomobil vergisindən azad ol

Avropaya ilk dəfə gedən azərbaycanlıların ilk nəzərinə çarpan fenomen Berlin, Paris, Roma küçələrində böyük mühərrikli avtomobillərin azlığıdır. Bəs doğrudanmı bir alman, italiyalı və ya fransız son model Porsche sürmək istəmir? Yaxud dünyanın ən bahalı şəhəri olan parisdə yaşayanlar bu qədərmi kasıbdır?
Avtosfer.az xəbər verir ki, Avropada lüks avtomobil almağa mane olan əsas amil vergidir. Bu, Fransada özünü daha aydın göstərir. Məsələn, son model Porsche Cayenne və ya Bentley üçün ekologiya vergisi (malus) bəzən 60 min avroya çatır. Bu vergi maşını alarkən bir dəfə ödənilir. Lakin çıxış yolu var.
Fransa vətəndaşı çoxuşaqlıdırsa və ailənin yerləşdirilməsi böyük avtomobil tələb edirsə, o zaman ciddi güzəştə gedilir. Məsələn, bir qədər köhnə model avtomobil üçün 22 min avro ekologiya vergisi varsa, üçuşaqlı ailə cəmi 120 avro ödəyəcək. Yaxud, 20 il əvvəl istehsal edilmiş Volkswagen Golf R modelinin ekologiya vergisi 49 000 avro olduğu halda, üçuşaqlı ailə cəmmi 330 avro ödəyəcək.
Lakin bu qayda bütün avtomobillərə şamil edilmir. Kimsə dəyəri yüz minlərlə ölçülən lüks avtomobil alırsa, adi qaydada vergi ödəməlidir.
Çoxuşaqlı ailə güzəştdən 2 ildə 1 dəfə bəhrələnə bilər.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












