Uşaqlar məktəbə tankla gedir -VİDEO

Bu uşaqlar hər gün məktəbə müharibə əhval ruhiyyəsində gedir. Britaniyalı atanın övladlarını məktəbə tankla gətirməsi küçədə ənənəvi olmayan mənzərə yaradır. Avtosfer.az atvxəbər.az-a istinadən bildirir ki, britaniyali Nik Miid artilleriya həvəskarıdır. Həyətində bir neçə Tankı və Zirehli maşını olan bu şəxs, zirehli texnikalardan birinə avtomobil statusu alaraq, küçələri bu maşınla dolaşır. Nik Miid ailəvi qonaq gedəndə sanki qohumlarının üstünə qoşun çəkir. Onun 13 və 16 yaşlarında olan övladlarını məktəbə də tankla gətirməsi şübhəsiz hər kəsi heyrətləndirir. Nikin həyətindəki hərbi texnikaların ümumi dəyəti 4 milyon dollardan çoxdur. 53 yaşlı Nik deyir ki, hətta polislər onun gəldiyini görəndə nə edəcəklərini bilmirlər. 20 ildir tank sürdüyünü deyən britaniyalı, bu vaxta qədər bir dəfə də olsun qəza törətməyib. Uşaqlar olan məkanda isə daha da diqqətli olmağa çalışır. Sakinlər isə Nikin övladlarını tankla məktəbə aparmasına qarşı çıxmır. Əksinə ona həsəd aparanlar da az deyil. Nik Miid yolun kənarında əlini havada yelləyən insanları görəndə özünü hərbi paraddakı kimi hiss etdiyini də gizlətmir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












