Vesta asteroidinin səthində iki rombşəkilli obyekt tapıldı – FOTO

NASA-nın “Dawn” stansiyasının Vesta asteroidindən əldə etdiyi fotoları müşahidə edən ufoloqlar maraqlı kəşfə imza atıblar. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, fotoların birində qeyri-adi obyekt müşahidə edilib. Məlum olub ki, səma cisminin 525 km yaxınlığından keçən kosmik aparat iki simmetrik rombşəkilli obyekti də lentə alıb. Bu obyektlər bir-birinə çox bənzəyir. Ufoloqların fikrinə görə, təbiət tərəfindən belə simmetrik obyektin yaradılması mümkün deyil və söhbət süni obyektdən gedir. Tədqiqatçıların rəyinə əsasən, sözügedən obyektlər parıldayır və metaldan hazırlanıb. Onlar hansısa kapsul və ya uçuş aparatına bənzəyir. Sağ tərəfdə olan obyekt asteroidin üzərinə kölgə salır və deməli hələ havadadır. Mütəxəssislərin fikrinə əsasən, bu obyektlər yerdənkənar sivilizasiyanın mövcudluğunu sübut edə bilər. Mümkündür ki, yadplanetlilər fotolar çəkilən zaman Vesta asteroidinə uçuş həyata keçiriblər.
Skeptiklərin fikrinə əsasən isə, fotodakı obyektlər adi daşdır və bu rakursdan lentə alınanda rombşəkilli obyektə bənzəyir.


3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












