Vətəndaşlar avtobuslarda nədən razı, nədən narazıdır?

Sosial Tədqiqatlar Mərkəzi Bakı şəhəri əhalisi arasında nəqliyyatdan istifadə ilə bağlı telefon sorğusu keçirib. Sorğuda 1254 respondent iştirak edib. Sorğuda əminlik intervalı 95.0%, statistik xəta əmsalı 2.8% təşkil edib. Avtosfer.az xəbər verir ki, respondentlərdən ictimai nəqliyyata dair müxtəlif komponentlər üzrə dəyərləndirmə aparmaqları da istənilib. Bu sualın nəticələri orta dəyər formasında ifadə edilib. 4 ballıq şkala üzrə aparılan qiymətləndirmədə 1 – ən aşağı, 4 - ən yüksək dərəcəli məmnuniyyəti ifadə edir.
BakuBus-a aid avtobuslardan istifadə edənlərin ən az məmnun qaldığı üç cəhət dayanacaqlarda quraşdırılmış monitorlarda verilən məlumatlar (1.78), sərnişinlərin sıxlıq dərəcəsi (1.80), karta vəsait yükləmək üçün ödəniş terminallarının yerləşməsi (1.98) ilə bağlıdır. Digər şirkətlərə aid avtobuslardan istifadə edənlərin ən az məmnun qaldığı üç cəhət isə bunlardır: dayanacaqlarda quraşdırılmış monitorlarda verilən məlumatlar (1.59), əlil arabası üçün xüsusi yerin olması (1.69) və COVID-19 əleyhinə gigiyena vasitələri ilə avtobusların təhciz olunma vəziyyəti (spirt) və sosial məsafənin təmin edilməsi (1.99). BakuBus üzrə avtobusun salonunun təmizliyi müsbət mənada diqqət çəkir (3.32).
Rəyi öyrənilən avtobus istifadəçilərinin 65.7%-i istifadə etdiyi marşrut xəttində ödənişin kartla olduğunu bildirib. Hər üç istifadəçidən biri üçün ödəniş formasının əhəmiyyəti olmasa da, 57.6% respondent kartla ödənişin daha rahat olduğunu deyib. Beləliklə, bu nəticə bir daha kartla ödənişin mümkün olmadığı avtobuslarda terminalların quraşdırılması məsələsini aktuallaşdırır.
Leyla
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












