Villa ilə birlikdə qızıl "Lamborghini" və "Rolls-Royce" da satılır - FOTO

ABŞ-ın Kaliforniya əyalətində villa avtomobillərlə birlikdə satılıb. Satınalma ümumilikdə 80 milyon dollara başa gəlib.
Avtosfer.az bildirir ki, Beverly Hillsdə yerləşən bu villa dizayner Niall Nyami və memar Paul McClean tərəfindən yaradılıb

2000 kv.m sahəsi olan mülk, 11 hamam, 7 yataq otağı, 2 mətbəx, bir neçə yemək otağı və bar, idman zalı, 2 üzgüçülük hovuzu, kristal şüşələri olan sərin şərab anbarı, bir kino otağı və idman salonundan ibarətdir.
Maraqlısı budur ki bu lüks evi satın alan şəxs əlavə olaraq iki avtomobilin də - «Lamborghini Aventador Roadster» və «Rolls-Royce Dawn»-un sahibinə çevrilib. Üstəlik bu avtomobillərin gövdəsi qızıl rəngli örtüklə işlənib.

Evin yeni sahibi istədiyi qədər avtomobil alıb bu kolleksiyaya əlavə edə biləcək, çünki villanın 10 park yeri olan qarajı da var.
Aysel
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












