“Volkswagen”in sabiq rəhbəri vəfat etdi

Yanvarın 14-də Almaniyanın Volfsburq şəhərində “Volkswagen” şirkətinin sabiq direktoru Karl Horst Han 96 yaşında dünyasını dəyişib.
Eks-direktorun ölümü barədə onun fondunun nümayəndəsi “Bloomberg” agentliyinə deyib.
Nəşr qeyd edib ki, Karl Hanın marketinq bacarıqları sayəsində “Volkswagen Käfer” minik avtomobili tarixdə ən çox satılan model olub: 1945-2003-cü illərdə 21,5 milyon ədəddən çox istehsal edilib.
1959-1964-cü illərdə Han “Volkswagen”in amerikan törəmə şirkətinin rəhbəri olub. Bundan sonra o, “Volkswagen”in idarə heyətinə seçilib və o, Almaniyadakı “Volkswagen”in baş ofisinə köçərək avtomobil istehsalçısının satışlarına rəhbərlik edib. 1973-cü ildə o, şirkəti tərk edib, lakin 1982-ci ildə geri qayıdıb və baş direktor və direktorlar şurasının rəhbəri olub. 1993-cü ilə qədər baş direktor vəzifəsini tutub. Bu dövrdə “Volkswagen” Avropada 1 nömrəli avtomobil istehsalçısına çevrilib, Çində və Şərqi Avropada yeni fabriklər açıb, İspaniyanın “Seat” avtomobil şirkətini alıb və “Volkswagen Golf” modelinin yeni versiyalarını təqdim edib. (report)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












