Xaricə işləyən yük avtomobilləri qadınlara həvalə ediləcək - FOTO

Ukraynada müharibə uzandıqca ölkəni tərk edən kişilərin də sayı artır. Ölkədən qaçma yolları da müxtəlifdir.
Avtosfer.az xəbər verir ki, Ukraynada 18-60 yaş arası kişilərin ölkədən çıxışına qadağa qoyulub. Lakin bəzi peşə sahiblərinə, xüsusən də sürücülərə güzəştlər edilir. Bir neçə nəqliyyat şirkəti sürücüləri bronlaşdırdığı üçün xariclə (hələlik) problemsiz işləyir. Amma əksər şirkətlər sürücüləri müqaviləsiz, bronsuz işlətdiyi üçün (başlıca səbəb vergidən yayınmaqdır – müəl.) onların sərhədi keçməklə bağlı ciddi problemləri var. Üstəgəl, mayın 18-də qəbul edilmiş qanuna görə bütün kişilər hərbi komissarlığa gələrək məlumatlarını dəqiqşləşdirməlidir. Qırılma nöqtəsi də məhz bu olub.
Məsələdən xəbər tutan onlarla sürücü avtomobili xaricdə ataraq qaçıb. Təkcə bir iş adamının Polşada 25 refrijeratoru və 8 yanacaqdaşıyan avtomobili qalıb. Halbuki yanacaqdaşıyan maşına ordunun çox böyük ehtiyacı var.
Hazırda Ukraynaya yanacağın cəmi 15%-i xaricdən avtomobillə daşındığı üçün idxalda ciddi problem yoxdur. Lakin sıxılmış təbii qazın təxminən yarısı yük avtomobilləri ilə daşınır və ciddi sürücü qıtlığı hiss olunur. Ölkə daxilində isə sürücülük vəsiqəsi olanlar kütləvi şəkildə ordu sıralarına çağırılır. Döyüşən orduda sürücüyə hər zaman ehtiyac var. Bəs çıxış yolu nədir?
Qeyri-rəsmi məlumatlara görə artıq Avropanın avtomobil şirkətlərindən birinin Kiyevdəki nümayəndəliyi qadınlar üçün yük avtomobilləri sürücülüyü kursu açıb. Sərhəddən kənara yükləri zərif cinsin nümayəndələri daşıyacaqlar.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO














