Xərçəngin çarəsi tapıldı: 2030-cu ilə qədər...

Koronavirusa qarşı vaksini hazırlaması ilə məşhurlaşan Almaniyanın "BionTech" şirkətinin qurucusu Uğur Şahin xərçəngə qarşı vaksin üzərində çalışdıqlarını bildirib.
Uğur Şahin "Bild am Sonntag"-a müsahibəsində bildirib ki, 2025-2029-cu illərdə bu sahədə aparılan tədqiqatların nəticələri məlum olacaq.
Uğur Şahin xərçəngə qarşı hər fərd üçün ayrıca hazırlanacaq mRNA əsaslı vaksinlərin 2030-cu ildən əvvəl qeydə alınacağına ümid etdiyini söyləyib: "Xəstədən qan və xərçəng nümunəsi alırıq və 4 həftə sonra fərd üçün xüsusi vaksin hazırlayırıq. İldə sadəcə 100 deyil, 10 minlərlə xəstə üçün belə vaksin hazırlaya bilərik".
Qeyd edək ki, oktyabr ayında xərçəngə qarşı vaksinin və CAR T hüceyrə terapiyasının kombinasiyası ilə bağlı klinik tədqiqatın ilkin nəticələri açıqlanıb. Uğur Şahin nəzərə çatdırıb ki, aparılan tədqiqat zamanı demək olar ki, bütün xəstələrdə xərçəng şişlərinin böyüməsi dayanıb və xəstələrin 2/3-də şişlər kiçilib: "Bu kombinasiya immun sisteminin "xüsusi savaşçılar"dan ibarət bir ordu ilə xərçəng hüceyrələrini tapıb məhv etmək potensialına sahibdir. Şiş daha kiçikdirsə, immunterapiyaya başlayıb qalan xərçəng hüceyrələrini müalicə edə bilərik. Gələcəyin strategiyası bu fərqli müalicələrin kombinasiyasıdır. Həm də qarşıdakı bir neçə ildə klassik kimyəvi terapiya yerinə hədəfə yönəlik olan ADCS-nin istifadə ediləcəyinə əminəm". (apa)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












