"Xocasən", "Xocəsən" yoxsa "Xocahəsən"? - Rəsmi açıqlamadan yaranan paradoks - FOTOFAKT

Bir neçə gündür sosial şəbəkələrdə "Xocasən", "Xocəsən" və "Xocahəsən" ifadələri geniş müzakirə obyektinə çevrilib.
Avtosfer.az xəbər verir ki, buna səbəb sözügedən ifadələrin eyni ərazi vahidində yerləşən obyektləri adlandırmasıdır.
Belə ki, Binəqədi rayonunun inzibati ərazi vahidi olan qəsəbə "Xocahəsən" adlanır. Ancaq ərazidə yenicə istifadəyə verilən metro stansiyasına "Xocəsən", metronun qarşısındakı dayanacağa "Xocasən" adları verilib. Mövzunun həlli bir növ çıxılmaz yola çevrilib.
Bu zaman nəzərlər ölkənin dil qaydalarına cavabdeh olan quruma yönəlsə də onlardan gələn cavab daha bir paradoksa səbəb olub. AMEA Dilçilik İnstitutundan bildirilib ki, hər kəs ünvanlara adı səhv verib, sözügedən ad əslində "Xocahəsən" olmalıdır.
Qəribə məqam budur ki, qurum öz lüğətində sözü "Xocəsən" olaraq təqdim edib.
baku.ws
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












