Xruşov maşından düşən kimi Fransa prezidentini rəsmi tədbirdə cərəyan vurdu - FOTO
1953-cü ildə sovet ittifaqında hakimiyyət dəyişkliyi yeni bir dövrün başlanğıcı oldu. Avtosfer.az xəbər verir ki, Stalini əvəzləyən Nikita Xruşov bütün sahələrdə olduğu kimi avtomobil sənayesində də dönüş yaratmaq istəyir. Lakin əksinə oldu. Avtomobil istehsalı artsa da, keyfiyyət aşağı düşdü. Paralel olaraq əhalinin gəliri azaldığı üşün avtomobilin kütləviləşməsi baş vermir. Bir haşiyə çıxaq ki, Xruşovun hakimiyyətə gəlməsi ilə Bakı Metropoliteində də maliyyə çatışmazlığı əsas gətirilərək işlər dayandırılır.
Xidməti avtomobillərə gəlincə, Xruşov da sələfi kimi amerikan modellərinə sevgisini gizlədə bilmir. Hakimiyyətinin ilk illərində Stalindən qalma “Packard”la gəzən Xruşşov sonradan amerikan modellərinin tipajı olan ZİL-lər (Stalinçiliyin ləğvinə başlandığı üçün ZİS-in adı dəyişilib ZİL oldu) sifariş verir. Texniki göstəriciləri eyni olan bu avtomobillər (ZİL 111) yalnız kuza tipinə görə - kabriolet, limuzin seçilirdi. Kabrioletin üstündəki brezent indi də qibtə olunacaq bir sürətlə, cəmi bir neçə saniyəyə yığılıb açılırdı. Üçpilləli avtomat sürət qutusu dəstəklə deyil, düymə ilə idarə olunurdu, başqa sözlə sürət qutusu elektronik idarəetməyə malik idi. Avtomat ötürücüdən həm də mexaniki sürət qutusu kimi istifadə etmək mümkün idi (indiki triptronik ötürücülərin ilkin versiyası). Standart sovet avtomobillərinin 80 kilometr saat sürətə güclə çatdığı bir dövrdə bu avtomobillərin sürəti 200 km/saata çatırdı.
Rus mənbələrinə görə Xruşov həm kabrioletdən istifadə edən, həm də zirehli avtomobildən imtina edən ilk sovet lideri kimi tarixə düşüb. O həmçinin Stalinin istifadə etdiyi zirehli ZİS-dən də imtina edib. Ondan sonra gələn sovet liderləri də zirehsiz avtomobil ənənəsini davam etdirib. Qaydanı sonuncu sovet rəhbəri olan Qorbaçov pozub.
Fransaya rəsmi səfər zamanı Xruşşovun başına maraqlı iş gəlir. O, Şarl de Qollun iqamətgahına getmək üçün yenicə istehsal olunmuş kabriolet ZİL-i seçir. Yelisey sarayında qarşılama mərasimində Xruşşov avtomobildən düşməmiş Şarl de Qoll ona əl uzadır. Xruşşov görüşmək istədikdə isə Fransa prezidentinin bədəninə cərəyan keçir. General təşvişlə kənara çəkilir. Məlum olur ki, avtomobildəki bahalı dəri oturacaq və qapı üzlüklərinə təması nəticəsində sovet liderinin bədənində statik elektriklənmə yaranıb. Fransadan qayıdan kimi qüsuru aradan qaldırılması üçün avtomobil zavoda qaytarılır.
Kənd yerlərinə gedə bilmək üçün Xruşşov yüksək keçidli ZİL 110 P (polnoprivodnıy – tam intiqallı) sifariş etdirir. Bu maşınla sovet lideri bir çox kolxozu dolaşır. Xruşşov çox ehtiraslı avtomobil həvəskarı olmasa da, fransız kommunistlərin hədiyyə etdiyi “Renault Floride”i sevərək idarə edirdi. Sonradan sovet mühəndisləri ona bu avtomobilin surəti olan “Moskviç 408 Turist” hədiyyə etdilər.
Öz növbəsində Xruşşov da avtomobil hədiyyə etməyi sevirdi. O, Misir prezidenti, Sovet İttifaqı Qəhrəmanı Camal Əbdül Nasirə 2 ədəd zirehli ZİL 115 (Stalinin maşınının bənzəri) hədiyyə edir. Bu avtomobilin kütləsi təqribən 5 tondur.
Xruşovu devirərək hakimiyyətə gələn Brejnevi isə sözün birbaşa mənasında “avtoş” hesab etmək olar. Bu isə ayrı söhbətin mövzusudur.
Vüqar Yaşaroğlu
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










