Xüsusi kamera quşların dünyanı görməsini göstərir

İsveç tədqiqatçıları xüsusi kamera vasitəsilə quşların dünyanı necə görməsini canlandırıblar. Avtosfer.az insider.az-a istinadən bildirir ki, insanın rənggörmə qabiliyyəti üç əsas rəngə əsaslanır: qırmızı, yaşıl və göy. Quşlar əsas rənglərlə yanaşı, ultrabənövşəyi şüaları görə bilirlər. İsveçin Lund Universitetinin tədqiqatçıları ilk dəfə quşun rənggörmə qabiliyyətinin dəqiq imitasiyasını yaratmağa nail olublar. Bunun üçün alimlər tərəfindən dünyanı müxtəlif heyvanların gördüyü kimi dəqiqliklə görməyə imkan verən xüsusi hazırlanmış filtrlərlə təchiz edilən kamera hazırlayıblar. Tədqiqatda kamera quşların torlu qişasında dörd müxtəlif tipli kiçik kolbanın rəng həssaslığını yüksək dəqiqliklə imitasiya edib.
Fotoşəkillərdən məlum olub ki, quşların xüsusi rənggörmə qabiliyyəti onlara yarpaqları ətraflı görməyə imkan verir. İnsanlara yaşıl kütlə kimi görünənlər quşların gözündə yaxşı seçilən yarpaqlardır. Bu, onlara istiqaməti asanlıqla müəyyənləşdirməyə və yemək tapmağa imkan verir. Mütəxəssislərin sözlərinə görə, quşların gözləri ilə reallığı öyrəndikdən sonra onlar digər heyvanların dünyanı necə görməsini nümayiş etdirmək üçün layihənin gələcək inkişafı ilə məşğul olmağı planlaşdırırlar.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












