Yanacaq doldurmağı arvada həvalə edən sürücünün başına iş gəldi

Bu maraqlı hadisə də Fransanın İvelin departamentində baş verib.
Avtosfer.az xəbər verir ki, yanacaqdoldurma məntəqəsinə girən sürücü telefonla hansısa məsələni həll etməyə məşğul olduğu üçün benzin doldurmağı arvadına həvalə edib. Arvad isə 95 benzin əvəzinə avtomobilə dizel yanacağı doldurub. Bir neçə kilometr getdikdən sonra avtomobildə nasazlıq yarandığını görən sürücü servisə müraciət edib. Servisdə müayinə zamanı mühərrikin saz olduğu, lakin çənə dizel yanacağı töküldüyü müəyyən edilib. Bütün sistem boşaldılıb, filtrlər dəyişdikdən sonra mühərrik normal işləyib.
Ən maraqlısı budur ki, təmir xərcini heç bir təqsiri olmadığı halda yanacaqdoldurma məntəqəsi üzərinə götürüb. Üstəgəl, sürücüyə 1 çən yanacaq hədiyyə edilib.
PS. Bizdəki keyfiyyətsiz benzin satan, və ya benzin oğurlayan yanacaqdoldurma məntəqələri görəsən bu xəbərə necə reaksiya verəcəklər? Yəqin ağıllarına ilk gələn Fransanın ermənipərəst mövqeyi olacaq.
Bir faktı da xatırladaq ki, Azərbaycandan kənarda yanacaqdoldurma məntəqələrində operator yoxdur, özünəxidmətdir.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












