Yanğınsöndürənlər təqdimat verdi, 60 sürücü cərimələndi

Fransanın Uaz departamentində yanğını çəkən sürücülər cərimələnib.
Avtosfer.az-ın xəbərinə görə, yol kənarındakı meşə yanğınına müdaxilə edən yanğınsöndürənləri çəkmək üçün sürücülər sürəti azaldıb, bununla da A1 magistralında tıxac yaranıb. Bu həm də əraziyə su daşıyan texnikanın işini çətinləşdirib.
Lakin fransız yanğınsöndürənlər başqa cür davranıb. Onlar yanğını telefonla çəkən sürücülərin fotolarını çəkərək polisə ötürüblər. Yanğınsöndürənlərdən birinin dediyinə görə, hər 3 sürücüdən biri çəkilişlə məşğul olduğundan xırda qəzalar da baş verib.
Polis də vəsatəti təmin edərək 60 sürücünün hərəkətini 135 avro cərimə və 3 balla cəzalandırıb.
Bir sual da ortaya çıxır: Sürücü nəyisə çəkə bilməzmi?
Fransa qanunvericiliyinə görə, sürücü hərəkət vaxtı telefondan istifadə edə bilməz. Sərnişinin hansısa hadisəni çəkməsinə isə heç bir qadağa yoxdur.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












