Yanmış BMW-lər satışa çıxarıldı – AZƏRBAYCANA DA GƏLƏ BİLƏR - FOTO - VİDEO

Bir neçə il əvvəl “Fremantle Highway” okean laynerində yanmış 4 minədək avtomobil həmişə alverçilərin, dələduzların və nəhayət kolleksiyaçılarının marağında olub.
Avtosfer.az xəbər verir ki, 2022-ci ildə yanan “Felicity Ace” bərəsini xilas etmək mümkün olmayıb. Laynerdəki 3800-dək VW, Porsche, Audi, Bentley və Lamborghini okeana qərq oldu.
Lakin “Fremantle Highway” laynerini Niderlandın Emsxaven limanına dartmaq mümkün olub. Yanğınsöndürənlər gəminin anbarında 800 ədəd salamat qalmış BMW, Mercedes-Benz və Rolls-Royce olduğunu bildiriblər.
Audi və Mercedes dərhal gəmidəki avtomobillərini vəziyyətindən asılı olmayaraq utilizasiyaya göndərdi. Heç kim bu maşınları ala bilmədi.
Lakin BMW ilə bağlı vəziyyət fərqli oldu. Bu maşınlardan 260 ədədi niderlandlı iş adamlarının əlinə düşdü. Bu hadisə sığorta şirkətləri yükü tam məhv olmuş hesab etdikdən və zərəri 300 milyon avro qiymətləndirdikdən sonra ortaya çıxdı.
BMW-nin bu maşınların satışını qadağan etmək cəhdi boşa çıxdı. Niderlandlılar məhkəmə yolu ilə satışa nail oldular. Onlar iddia ediblər ki, əldə etdikləri avtomobillərin yalnız boyası zədələnib. Avtomobillər gəmidən sürülərək çıxarılıb, nasazlıq yoxdur.
BMW isə bildirir ki, maşınların xarici görünüşündə problem olmasa da, yüksək temperatutun təsirindən elektronikada nasazlıq yarana bilər.
BMW rəsmi servis mərkəzlərinə və dilerlərə bu avtomobillərə xidmət etməməyi tapşırıb. Buna görə də niderlandlı iş adamları avtomobilləri hər şeydən ehtiyatlanan yerli alıcılara deyil, Avropadan kənara satmağa maraqlıdırlar. Yerli kolleksiyaçılar bu avtomobilin cəmi bir neçəsini alıb ki, onları da servis və ya zəmanət maraqlandırmır.
Bu yerdə belə bir maraqlı sual ortaya çıxır: Yanan gəmidən xilas edilmiş avtomobillər Azərbaycana da gəlləcəkmi? Sualın cavabını bilmək üçün vaxt lazımdır.
QEYD: Bu məqalədə göstərilən faktların heç biri adı çəkilən istehsalçılara qarşı yönəlməyib. Bizim sözügedən şirkətlərin fəaliyyətinə dair heç bir iradımız yoxdur. Proseslər onların iradəsi xaricində baş verib.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













