Yaponiyada ayaq üstə yatmaq üçün qurğular hazırlandı

Yaponiyada şirkətlərdən biri insanların ayaq üstə yata biləcəyi xüsusi kapsullar buraxıb.
Avtosfer.az xəbər verir ki, kapsullar “Giraffenap” adlanır. Kapsulalr sayəsində işçilər konsentrasiyanı və iş səmərəliliyini artırmaq üçün iş günü ərzində bir az yata bilərlər. Qurğunun yaradıcılarının sözlərinə görə, onlar qurğunu şaquli vəziyyətə salıblar ki, kabin ofislərdə mümkün qədər az yer tutsun.
Hər bir yuxu kapsulunda istifadəçi tərəfindən təyin oluna bilən siqnalizasiya sistemi, eləcə də bədənin müxtəlif hissələri: baş, omba, baldır və ayaqlar üçün dəstək nöqtələri quraşdırılıb ki, insan yuxu zamanı şaquli vəziyyətini saxlaya bilsin. Bundan əlavə, kabinlər hündürlüyün tənzimlənməsi sistemi ilə təchiz edilib.
“Gireaffenap” yataq podları hazırda iki versiyada mövcuddur: düz ağ model və daha ənənəvi bambuk dizaynını təqlid edən model. Hər iki variant əla səs izolyasiyası, həmçinin yuxuya səbəb olmaq üçün nəzərdə tutulmuş müxtəlif səslər və quraşdırılmış havalandırma sistemi ilə təchiz olunub.
Unikal
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












