Yaponiyada təyyarədə toy etdilər - FOTO

Yaponiyanın aviadaşımalar sahəsində nəhəng “All Nippon Airways Co.” (ANA) şirkəti koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlar azaldığına görə yeni ailə qurmaq istəyənlərə təyyarənin göyərtəsində toy mərasiminin təşkilini təklif edir.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, şirkət bu xidmət üçün Tokionun “Haneda” beynəlxalq hava limanında mayın sonlarından iyunun 13-dək böyük “Boeing-777” təyyarələrini ayırıb. Bildirilir ki, həmin müddətdə cəmi yeddi cütlüyün belə mərasim keçirməsi üçün sifariş qəbul edilib.
Toy mərasimi zamanı iştirakçılara canlı musiqi, göyərtə bələdçiləri tərəfindən yeni ailə quranlara təbrikin səslənməsi və təyyarənin tavanında qalaktikanın görüntüləri təklif edilir.
Mərasimin qiyməti barədə bildirilir ki, təyyarədə mərasimin təşkili 1,56 milyon yenə (təqribən 14 min 200 dollar) və aerovağzalın binasında şənlik 3 milyon yenə (təqribən 28 min dollar) başa gəlir.
Şirkətdən bildirilir ki, bu ideya mərkəzi hökumətin pandemiyaya qarşı tətbiq etdiyi məhdudiyyətləri nəzərə almaqla toy mərasimlərinin təşkilinə şərait yaradır. Bu, həm də axşam saatlarında spirtli içkilərin satışına qoyulan qadağanı da aradan qaldırmağa imkan verir.
Qeyd edilir ki, ilk belə mərasim mayın 23-də şirkətə məxsus təyyarənin biznes salonunda təşkil edilib. Toyda ümumilikdə 30 nəfər iştirak edib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












