Yaponiyanın məşhur avtomobil brendləri birləşir

Yaponiyanın avtomobil şirkəti “Mitsubishi Motors” daha iki böyük avtomobil istehsalçısının – “Honda” və “Nissan”ın alyansına qoşulacaq.
Üç şirkətin birgə istehsal həcmi ildə təqribən səkkiz milyon avtomobil təşkil edəcək.
Digər tərəfdən, “Toyota” şirkəti də “Daihatsu”, “Suzuki”, “Subaru”, “Mazda” və “Hino Motors” ilə ittifaq qurur. Birliyin ümumi satış həcmi ildə 16 milyon avtomobil olacaq.
Məlumata görə, yüksək rəqabətli bazarda “sağ qalmağa” imkan verəcək bu birliklərin təfərrüatları hələ də işlənir. Şirkətlər avtomobillər üçün proqram təminatının standartlaşdırılmasına çalışır, həmçinin bir-birinin məhsul xətlərini tamamlamağı müzakirə edirlər. Məsələn, “Honda” Yaponiyada plug-in hibridləri (PHVs) və ya pikaplar istehsal etmir, “Mitsubishi” isə bu sahədə güclü mövqeyə malikdir.
Qeyd edək ki, qlobal avtomobil sənayesi elektromobillərə doğru irəlilədikcə gündoğar ölkənin avtomobil korporasiyaları arasında əməkdaşlıq intensivləşir. Çünki bu sahədə yapon şirkətləri BYD (Çin) və “Tesla” (ABŞ) kimi digər ölkələrdəki rəqiblərindən geri qalır.
(banker.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












