Yaşayan Nostradamusdan YENİ PROQNOZ: “Onlar qiyamətdə sağ qalacaq”

Dünya Kubokunun çempionatının finallarını və COVID-19 pandemiyasını düzgün proqnozlaşdırmaqla məşhurlaşan braziliyalı peyğəmbəri Athos Salome 2023-cü il proqnozları ilə hər kəsi təəccübləndirib.
Yeni bir proqnoz verən Athos, yaşanacaq fəlakətdə “sağ əlində xüsusi işarəsi olan insanların sağ qalacağına” inanır.
İllər əvvəl COVID-19 pandemiyasını proqnozlaşdıran və 2022-ci il Dünya çempionatının finallarını düzgün bilən Athos Salome dəqiq proqnozları sayəsində “Yaşayan Nostradamus” adlanır. İddia olunur ki, 36 yaşlı braziliyalı Athos da Ukraynanın işğalını və kraliça II Yelizavetanın ölümünü proqnozlaşdırıb. Athos daha əvvəl İlon Maskın məbədpərəst ola biləcəyini və Dəccalın 2023-cü ildə dünyaya gələcəyini iddia edib.
Braziliyalı görücü indi bütün insanların “virtual apokalipsis” yaşadığını iddia edir. Athosun fikrincə, sağ əlində xüsusi işarəsi olanlar bu virtual apokalipsisdən sağ çıxacaqlar.
Salome deyir ki, insanlar öz cihazlarının “quluna və girovuna” çevrilib və həqiqi ünsiyyət qura bilmirlər. 35 yaşlı mistik öz baxışı ilə bağlı bunları deyir:
“Smartfonlar bir çox sahələr və peşələr üçün vacib alətə çevrilib. Onun istifadəçiləri qullara və girovlara çevrilib. Təəssüf ki, insanların çoxu ondan necə istifadə edəcəyini bilmir. Fiziki olaraq ünsiyyət qurmaqda çətinlik çəkirlər. Gözlərin içinə baxanda necə reaksiya verəcəklərini bilmirlər. Yeni nəsillər sosiallaşmaqda və şifahi danışıqda çətinlik çəkirlər. Onlar axmaq və hərəkətsiz olurlar”.
Athosun fikrincə, əlimizdəki telefonların işığının birbaşa alnımıza əks olunması qiyamətin əlamətidir. Athos iddiasını gücləndirmək üçün Bibliya ayələrinə işarə edir:
“Böyük-kiçik, varlı-kasıb, azad və ya qul hər kəsi əlləri ilə alnına müəyyən işarə qoymağa məcbur edirdi”.
Sağ əldəki işarə
Athos iddia edir ki, texnoloji tərəqqi müqəddəs kitablarda proqnozlaşdırılan digər fəlakətlərə səbəb olub. O, sağ əl və alındakı işarənin “Neuralink”in beyin çipi olduğunu irəli sürür. Çünki bu beyin çipi həm ovuc içərisinə, həm də beyinə yerləşdirilə bilər. Athosa görə, sağ əldəki xüsusi işarə bu çip və insanların virtual apokalipsisdən sağ çıxması yolu ola bilər. (lent.az)
Gürcüstanda Avropa pasportu 1000 dollardır?
Bakıda təcili yardım sürücüsünün çətin anları belə GÖRÜNTÜLƏNDİ - VİDEO
"Chagaev"dən "Coca-Cola"ya zərbə: Zibil qutusuna ATDI – VİDEO
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO










