Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI

Maraqlı 12 Mart 2026 15:18
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yaşıl enerji bu günkü müasir dövrdə böyük əhəmiyyət kəsb edir, çünki iqlim dəyişikliyi və ətraf mühit problemləri dünyada prioritet məsələdir. Təmiz və bərpa olunan enerji mənbələri karbon emissiyasını azaldır, ətraf mühiti qoruyur və enerji təhlükəsizliyini təmin edir.

Azərbaycan üçün yaşıl enerji həm ölkənin enerji müstəqilliyi, həm də ekoloji dayanıqlılıq baxımından vacibdir. Ölkəmiz günəş, külək və su potensialına malikdir və bu resurslardan səmərəli istifadə həm enerji istehsalını şaxələndirməyə, həm də ətraf mühitin qorunmasına imkan verir. 

Məsələ ilə bağlı ekoloq Cəmşid Bəxtiyar Avtosfer.az-a açıqlamasında bildirib ki, yaşıl enerji atıraq ətraf mühitə zərər verməyən və təbii olaraq yenilənən mənbələrdən əldə olunan enerjidir:

“Bu enerjinin əsas mənbələri günəş, külək, su və bəzi hallarda biyokütlədir. Günəş enerjisi, külək enerjisi, su enerjisi, hidroelektrik enerjisi də deyirlər. Geotermal enerji və biyokütlə enerjisi, bunlar yaşıl enerji növləridir. Yaşıl enerjinin ətraf mühit üçün vacibliyinin əsas səbəbləri birincisi odur ki, iqlim dəyişikliyinin azalmasında bunların müəyyən rolu var. Çünki fosil yanacaqlar neft, qaz, kömür yandırıldıqda çoxlu karbon qazı buraxır. Bu isə qlobal istiləşməyə səbəb olan təkamülverici amillərdən biridir. Ona görə bunu önləmək üçün, bunu qarşısını almaq üçün yaşıl enerjiyə ehtiyac var. Ənənəvi enerjilərin başqa bir zərəri tərəfi də havanı çirkləndirməsidir. Hətta elektrik stansiyaları havaya zərərli qazlar buraxır müəyyən miqdarda. Yaşıl enerji isə demək olar ki, belə tullantılar yaratmır. Təbii ehtiyatların qorunması baxımından da yaşıl enerji çox əhəmiyyətlidir. Çünki ənənəvi enerjilər olan neft və qaz tükənən resurslardır. Günəş və külək isə daimi mövcuddur və bunlar tükənən deyillər. Ona görə bunlar təbii ehtiyatların qorunması baxımından da önəmlidir. Ənənəvi enerjinin mənbəyi neft, qaz, kömürdür; yaşıl enerji isə günəş, külək, su və s.-dir. Bərpa olunma, yaşıl enerji bərpa olunur demək olar ki, sonsuzdur. Ənənəvi enerjilər isə tükənən enerjilərdir. Ətraf mühitə təsiri baxımından da ənənəvi enerjilər yüksək karbon emissiyasına malikdir. Yaşıl enerji isə daha az ətraf mühitə zərər verir. Texnoloji istiqamətdən ənənəvi enerji sənaye inqilabından bəri istifadə olunur. Yaşıl enerji isə əsasən son onillikdə sürətlə inkişaf edir. Yəni, bu da fərqlərindən biridir.
Enerji təhlükəsizliyi baxımından yaşıl enerji ölkələrə enerji müstəqilliyini artırmağa kömək edir. Çünki dünyanın əksər nöqtələrində yerli təbii mənbələrdən istifadə imkanları var”.

Ekspertin sözlərinə görə, ölkəmiz yaşıl enerji potensialı və inkişafı baxımından Azərbaycan yaşıl enerji sahəsində böyük potensiala malik ölkələrdən biridir:
“Xüsusilə də günəş enerjisi. Günəş və külək enerjisi baxımından Azərbaycan yüksək potensiala sahibdir. Ölkənin, xüsusilə Qarabağ, Naxçıvan, Abşeron bölgələrində günəş radiasiyası daha yüksəkdir. Külək enerjisi isə xüsusilə Abşeron yarımadasında güclü küləkləri ilə tanınır. Buna görə də külək elektrik stansiyaları üçün çox əlverişlidir. Bundan başqa, yüksək dağlıq yerlərdə də bir çox nöqtələrdə külək enerjisindən istifadə məqbul sayılır. Məsələn, Kəlbəcərin Sarıyel yaylağında və bir çox yerlərində, həmçinin Naxçıvanın dağlıq, yüksək hissələrində, dağların yüksək zirvələri yaxın olan yerlərdə külək enerjisindən istifadə çox əlverişlidir. Buna imkan verə biləcək iqlim şəraiti mövcuddur o yerlərdə. Azərbaycanın potensialının daha bir göstəricisi onun çoxlu dağlıq ərazilərdə kiçik və orta hidroelektrik stansiyalar üçün imkanlarının olmasıdır. Buna da Kəlbəcər rayonunun Tərtər çayı, işğaldan azad olunduqdan sonra orada 6-7 kiçik hidroelektrik stansiya qurulub və daha bir neçəsinin qurulması planlaşdırılır. Onların cəmi sayı 12 olacaq. Bu baxımdan Azərbaycan hökuməti yaşıl enerji sektorunu gücləndirmək üçün bir neçə böyük layihə həyata keçirir. Bu layihələr sayəsində ölkəmizdə bərpa olunan enerji istehsalı artır və siyasətin neft-qazda asılılığı tədricən azalır”.
Nurcan Babək

Oxunub : 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh