Azərbaycanda əsgərlər həftəsonu evə buraxıla bilər? - AÇIQLAMA

Bir sıra ölkələrdə müddətli həqiqi hərbi xidmət keçən əsgərlərin müəyyən qaydalar çərçivəsində həftə sonları ailələrinin yanına buraxılması təcrübəsi tətbiq olunur. Bu yanaşmanın əsgərlərin psixoloji durumuna, sosial adaptasiyasına və xidmət motivasiyasına müsbət təsir etdiyi bildirilir.
Azərbaycanda da gələcəkdə belə bir modelin tətbiqi mümkün hesab edilə bilərmi və bunun üçün hansı şərtlər nəzərə alınmalıdır?
Avtosfer.az xəbər verir ki, hərbi ekspert Heydər Mirzə mövzu barədə “demokrat.az”a açıqlamasında deyib ki, bu bəzi ölkələrdə tətbiq olunur:
"Lakin bu sistemin tətbiqi hər ölkənin özünəməxsus şərtlərindən asılıdır. Burada əsas məsələ təkcə hərbi xidmət müddəti deyil, ordunun təşkilati strukturu və konseptual yanaşmasıdır. Naxçıvanda belə bir təcrübənin tətbiq olunması müsbət qiymətləndirilə bilər. Amma bu o demək deyil ki, həmin sistem mütləq şəkildə bütün ölkə üzrə tətbiq edilməlidir. Sadəcə olaraq bu, əlavə bir təcrübədir və gələcəkdə onun nəticələri əsasında müəyyən praktik çıxarışlar edilə bilər. Ümumiyyətlə, bu sistemin hər yerdə tətbiqi olduqca spesifik və unikal şərtlərlə bağlıdır. Azərbaycan elə böyük coğrafiyaya malik ölkə deyil ki, məsələn, ölkənin qərbi ilə şərqi arasında ciddi zaman və ya iqlim fərqləri olsun. Biz Rusiya, Çin və ya ABŞ kimi geniş ərazilərə malik ölkələr deyilik ki, çağırışçı tamamilə fərqli və sərt mühitə düşsün”.
O bildirib ki, doğrudur, işğaldan azad olunmuş ərazilər var, Ermənistanla yekun sülh sazişi imzalanmayıb və sərhəd bölgələrində müəyyən risklər mövcuddur:
"Amma buna baxmayaraq, Azərbaycan o qədər böyük ölkə deyil ki, hərbi xidmətə gedən şəxs həyatında ilk dəfə qarşılaşdığı ağır bir mühitə düşərək ciddi psixoloji sarsıntı yaşasın və hər həftəsonu evə qayıdaraq stressdən uzaqlaşmağa ehtiyac duysun. Bu məsələ daha çox konkret qoşun növü, xidmət xüsusiyyətləri və tədris prosesi ilə əlaqəlidir. Məsələn, internat tipli sistemlərdə insanlar həm təhsil alır, həm də yaşayışlarını həmin müəssisədə davam etdirirlər. Daha sonra həftəsonları ailələrinin yanına gedirlər. Bu səbəbdən belə bir modelin bütün sahələrdə və hərbi hissələrdə tətbiqi mümkün deyil. Amma təcrübə baxımından bunun müəyyən müsbət tərəflərinin olduğu düşünülür”.
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












