Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir

Son 3,6 milyon il ərzində Yer kürəsinin fırlanması xeyli yavaşlayıb. Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu nəticəyə Vyana Universiteti və İsveçrə Ali Texnologiya Mətəbinin (Sürix) alimləri gəliblər. Tədqiqat Earth and Planetary Science Letters (EPSL) jurnalında dərc edilib.
Alimlər milyonlarla il əvvəl okean dibində yaşayan təkhüceyrəli dəniz orqanizmlərinin fosilləşmiş qabıqlarını araşdırıblar. Çöküntülərin təbiətinə və dəniz səviyyəsinin dəyişkənliyinə əsaslanaraq, onlar uzaq keçmişdə günün uzunluğundakı dəyişiklikləri bərpa edə biliblər.
Nəticələr göstərib ki, son illərdə Yer kürəsinin fırlanmasının yavaşlama sürəti son milyonlarla il əvvəlkini xeyli üstələyib.
Tədqiqatçılar sürətlənmiş yavaşlamanı iqlim dəyişikliyinin yaratdığı proseslərlə əlaqələndirirlər. Qütb buz örtüklərinin sürətlə əriməsi ucbatından nəhəng su kütlələri okeana axır və ekvatora daha yaxın yenidən paylanır.
Bu, planetin ətalət momentini artırır. O, fiqurlu konkisürənin qollarını açaraq yavaşlaması kimidir. Yəni Yer bir az daha yavaş fırlanmağa başlayır.
Dəyişikliklər hələ də kiçik olsa da (gündə bir millisaniyə), geoloji miqyasda onlar çox sürətli hesab olunur. Uzunmüddətli perspektivdə fırlanmanın hətta bir qədər yavaşlaması belə iqlim sistemlərinə, okean cərəyanlarına və günün uzunluğuna təsir göstərə bilər.
Müqayisə üçün: orta hesabla Yer kürəsində günün uzunluğu 1 əsrdə təxminən 1,7 millisaniyə artır. Lakin son onilliklərdə bu proses xeyli sürətlənib.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












