Yaşlı kişi motosiklet sürərkən arı sancmasından ölüb

Taylandın Phuket şəhərində motosiklet sürərkən arı sancması nəticəsində Böyük Britaniyadan olan təqaüdçü allergik reaksiyadan ölüb. Avtosfer.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
69 yaşlı Stiven Prins motosikletlə evə qayıdarkən arı sancdığını hiss edib. Kişinin arvadı anafilaktik şokun əlamətlərini görüb və dərhal ərinə antihistamin iynə vurub. Qadının cəld reaksiyasına baxmayaraq, britaniyalının vəziyyəti pisləşib və o, huşunu itirib.
Qadın təcili yardım çağırıb. Zəngə gələn təcili yardım işçiləri kişidə nəbzin olmadığını qeyd ediblər. Onu reanimasiya edib xəstəxanaya aparıblar. Həkimlərin səyinə baxmayaraq, kişi dünyasını dəyişib.
Polis ilkin araşdırma aparıb və ölümün səbəbinin arı sancmasına qarşı allergiya olduğunu təsdiqləyib.
Mərhumun həyat yoldaşı bildirib ki, onun əvvəllər də allergik reaksiyaları olub, lakin həyatı üçün heç vaxt bu qədər təhlükəli olmayıb. Britaniyalını xəstəxanaya aparan həkim bildirib ki, onun 4 illik karyerasında ilk dəfə bir xəstə arı sancmasından ölür.
Leyla
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












