Yay bitir, biletlər ucuzlaşacaqmı?

Turist sayında ciddi artım müşahidə olunan yay mövsümünün bitməsinə az qalır. Tələbatın azalması bilet qiymətlərinə təsir göstərəcəkmi?
Turist sayında ciddi artım müşahidə olunan yay mövsümünün bitməsinə az qalır. Tələbatın azalması bilet qiymətlərinə təsir göstərəcəkmi?
Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyasının rəsmi saytına açıqlama verən “Coach Tourism” şirkətinin icraçı direktoru Aygün Xəlilova bildirib ki, hazırda 2022-ci il turizm yay sezonun bağlanış ərəfəsindəyik. Erkən rezervasiya vaxtlarından öz turlarını sifariş edən yerli turistlər sentyabr ayının 15-nə qədər böyük aktivlik göstəriblər. Ən çox səyahət edilən ölkə isə Türkiyə olub.
Yay mövsümünün sona yaxınlaşması və məktəblərin açılması ilə əlaqədar olaraq turizm sənayesində satışların xeyli azalması müşahidə olunur. Turizm artıq payız sezonuna hazırlaşır, bu sezonda isə əsasən xaricdə təhsil alan tələbələr getmə turizmində üstünlük təşkil edir.
Aygün Xəlilova yeni mövsümdə yay günlərində istirahət edə bilməyən turistlərin aktiv olduğunu qeyd edib:
“Post pandemiya dönəmində müntəzəm uçuş həyata keçirilən destinasiyalar üzrə reys sayını artırılmasına başlanıb və bu da qiymətlərdə azalmaya səbəb olur. Mövsüm dəyişikliyi ilə əlaqədar bilet qiymətlərində xüsusi azalma hələ ki müşahidə olunmur. Lakin hazırda müəyyən kampaniyalar mövcuddur ki, öncədən almaq şərti ilə insanlar daha aşağı büdcə ilə aviabiletlər əldə edə bilərlər”.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












