Yeni avtomobili sürmək sağlamlıq üçün təhlükəlidir - ARAŞDIRMA

Alimlər müəyyən ediblər ki, yeni avtomobil sözün əsl mənasında zərərli kanserogenlərlə doludur.
Bəziləri üçün yeni avtomobilin qoxusundan daha dəbdəbəli heç nə yoxdur. Bu ətir təzə işlənmiş səthlər və üzlüklər tərəfindən yaranan uçucu buxarların qarışığıdır. Lakin bu qoxularla uzun müddət nəfəs alınması sağlamlığa zərər verə bilər.
Bunu yeni Çin-Amerika araşdırmasının nəticələri sübut edir.
Alimlər müəyyən ediblər ki, xərçəngə səbəb olan bəzi kimyəvi maddələrin səviyyəsi yeni avtomobilin salonunda 12 günə qədər təhlükəsiz həddi aşar. Söhbət formaldehid və benzoldan gedir. Təcrübə göstərib ki, kanserogenlərin səviyyəsi qapalı avtomobilin içərisində temperaturdan asılı olaraq dəyişir.
Tədqiqat taksi sürücülərinin və sərnişinlərin (ümumiyyətlə, gündə 11 saat və 1,5 saatını avtomobildə keçirən) tənəffüs yolu ilə qəbul edilə, dəri vasitəsilə udula və ya qəbul edilə bilən uçucu birləşmələrə məruz qalmasını qiymətləndirib.
Təcrübədə istifadə edilən orta ölçülü maşın plastik, süni dəri, parça və keçə ilə örtülüb. Bu materiallar istehsaldan dərhal sonra havaya müxtəlif uçucu üzvi birləşmələr buraxır. Bu proses deqazasiya kimi tanınır.
Tədqiqatçılar avtomobildən hava nümunələri götürüb və qaz xromatoqrafiyası-kütləvi spektroskopiyadan istifadə edərək, müxtəlif vaxtlarda 20 kimyəvi maddənin konsentrasiyasını müəyyən ediblər. Maşın gün ərzində isindikcə, onun daxili temperaturu 21°C-dən 63°C-dək dəyişir.
Uçucu kimyəvi maddələrin konsentrasiyası da avtomobilin içərisindəki havanın temperaturu ilə deyil, səthin temperaturu ilə müəyyən edilən dövri xarakter daşıyır. (lent.az)
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












