Yeni rekordçu mühərrik: 2 litr, 600 at gücü - FOTO

Toyota şirkəti yeni benzin mühərriki təqdim edib.
Avtosfer.az xəbər verir ki, şirkətin layihələndirdiyi 2 litrlik turbo mühərrik 600 at gücü hasil edə bilir. Hələlik bu mühərrikin hansı modelə quraşdırılacağı məlum olmasa da, transmissiya bəllidir: mühərrikdən hasil edilən güc təkərlərə 8 pilləli avtomat və ya 6 pilləli mexaniki sürət qutusu ilə ötürüləcək.
Yapon istehsalçı bu mühərriklə Mercedes şirkətinin 2019-cu ildəki rekordunu qabaqlayıb. Həmin vaxt alman şirkəti 2 litrlik mühərrikdən 400 at gücü hasil edə bilmişdi.
Belə bir sual da ortaya çıxır: Avropa və ABŞ daxiliyanma mühərrikini qadağan etməyə hazırlaşdığı vaxtda Toyota hansı məntiqlə benzin mühərrikləri təkmilləşdirir?
Şirkət özü bu suala adekvat cavab verib. Yapon istehsalçı bildirib ki, Avropada tətbiq edilən qadağa onların ahnsısa sahəyə investisiya qoyması üçün əsas deyil. Avropalılar üçün onların tələb etdiyi avtomobillər hazırlanacaq. Lakin planetin əksər hissəsi yaxın 20 ildə ənənəvi mühərriklərdən imtina etməyə hazır deyil. Bu bazar da boş buraxılmamalıdır.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO














