Yer üçün əsas təhlükə AÇIQLANDI : Qlobal istiləşmə deyil

Yer kürəsindəki bütün canlıları qlobal istiləşmədən daha çox təhdid edən təhlükə açıqlanıb.
Tədqiqatçılar öz nəzəriyyələrini dəstəkləmək üçün tarixi faktlara istinad edirlər. 75 min il əvvəl baş verənlərə bənzər bir vulkan püskürməsinin yer sakinləri üçün ölümcül ola biləcəyinə inanılır.
Müvafiq nəticələr danimarkalı tədqiqatçı Lars Henrik Oqorun "Fəlakətlərin böyük şər kitabı"nda dərc olunub.Sumatra adasındakı püskürmə nəticəsində geniş ərazilər lava, his və kül təbəqəsi altında qalıb.
Yataqların dərinliyi 400 metr dərinliyə çatıb ki, bu da supervulkandan bir neçə yüz kilometr radiusda yaşayan bitki və heyvanları öldürüb.
Atılan kül və qaz kütləsi Asiyanın bəzi hissələrini əhatə edən sıx buludlar əmələ gətirib.
Günəş işığının olmaması səbəbindən planetin bir hissəsində gecə çöküb.
Püskürmə vulkanik qışın başlamasına səbəb olub, nəticədə planetdəki temperatur bir neçə il ərzində 10 dərəcə aşağı düşüb.
Bütün bunların əcdadlarımıza necə təsir etdiyini təxmin etmək olar, - alimin kitabından sitat gətirilir.
Hazırda geoloqların hərəkətsiz adlandırdıqları Sumatra adasındakı Toba super vulkanında araşdırmalar davam edir.
Mütəxəssislər deyirlər ki, onun dərinliklərində maqma yığılır. Kompüter modelləşdirilməsinin göstərdiyi kimi, supervulkanın oyanması partlayış və fəlakətli püskürməyə səbəb ola bilər.///lent.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












