Yer üzündə canlıların daha bir kütləvi yox olması dövrü aşkarlanıb

Hələ dinozavrlar ortaya çıxmamış, 233 milyon il bundan əvvəl, Trias dövrünün sonuna yaxın Karni çağında Yer kürəsində canlıların kütləvi yox olması aşkarlanıb.
Uhandakı Çin Yer Elmləri Universitetindən Jakopo dal Korso və Bristol Universiteti Yer Elmləri Məktəbindən Mayk Bentonun rəhbərlik etdiyi 17 nəfərlik tədqiqatçılar qrupu tərəfindən aparılan araşdırmalar nəticəsində ortaya çıxan həmin hadisə 1 milyon il davam etmiş Karni rütubətli iqlim mərhələsində baş verib.
Alimlərin qənaətincə, həmin vaxt bir çox canlıların yox olmasında hazırkı Şimali Amerikanın şimal-qərb bölgələrində geniş əraziləri əhatə edən Vrangel püskürmələri adı ilə tanınan irimiqyaslı vurlkan püskürmələri mühüm amil olub. Həmin püskürmələr nəticəsində atmosferə atılan böyük həcmdə karbon dioksid həm dünya boyu isinməyə, həm də atmosferin kimyəvi tərkibində xeyli dəyişikliyə səbəb olub.
Professor Jakopo dal Korsonun qeyd etdiyinə görə, bunun nəticəsində həm quruda, həm də dənizlərdə biomüxtəlifliyin böyük həcmdə kasadlaşması, bir çox canlı növlərinin yox olması baş verib. Eyni zamanda aralarında dinozavrların da olduğu yeni canlı qrupları ortaya çıxıb, müasir şəklinə yaxın ekosistemlər əmələ gəlib.
Bütövlükdə Yer üzündəki həyat tarixinin son 500 milyon ili ərzində sayca altıncı olan Karni hadisəsi həyat təkamülü prosesində mühüm dönüş nöqtəsi, müasir şəklinə yaxın canlıların əmələ gəlməsi baxımdan əlamətdardır. (“Report”)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












