Yer üzündə ilk şirin suyun yaranma tarixi

Avstraliyanın Curtin Universiteti və BƏƏ-nin Xəlifə Universitetinin alimləri şirin suyun Yer kürəsində təqribən dörd milyard il əvvəl meydana gəldiyini bildiriblər.
Araşdırmanın nəticələri "Nature Geoscience" jurnalında dərc olunub .
Mütəxəssislər Qərbi Avstraliyanın Cek Hills bölgəsindəki qədim sirkon kristallarını təhlil edərək, dörd milyard il əvvələ aid yüngül oksigen izotop imzalarını aşkar ediblər. Bu, Yer kürəsində ilk şirin suyun yaranma vaxtını - planetin yaranmasından cəmi bir neçə yüz milyon il sonra aşkar etməyə imkan verib.
Oksigenin yüngül izotopları adətən Yer səthindən bir neçə kilometr aşağıda yerləşən süxurlar isti şirin suya məruz qaldıqda əmələ gəlir. Bu tapıntı dörd milyard il əvvəl Yerin tamamilə duzlu okeanla örtüldüyünə dair mövcud nəzəriyyəyə meydan oxuyur. Yerin bu qədər dərinliyində şirin suyun olması qurunun və hidroloji dövrün daha erkən yaranmasından xəbər verir. (Redaktor.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












