Yol qəzasından sonra dünyada məşhurlaşan müğənni

Dünya şöhrətlıi müğənni Xulio İqlesias 16 yaşından «Real Madrid» klubunun futbolçusu olub. Lakin 1963-cü ildə 20 yaşında olarkən ağır avtomobil qəzasına düşüb. Onun onurğa sütunu zədələndiyindən iki il müddətində xəstəxanada müalicə olunub. Müalicə vaxtı yalnız əllərini tərpədə bilən İqlesias həkiminin icazəsi ilə gitara çalmağı öyrənərək bu yolla vaxtını keçirirmiş. Ağır travmaya qalib gələrək yataqdan qalxan İqlesias hətta uşaqlıq arzusunu həyata keçirərək Kembric Hüquq məktəbini də başa vurur. Amma ağır travma səbəbindən futbolçu karyerasından vaz keçən İqlesias bütün gücünü musiqiyə yönəldir və hətta Opera məktəbini də bitirir. Artıq 26 yaşından başlayaraq İqlesias beynəlxalq aləmdə müğənni kimi tanınır, hətta 1970-ci ildə “Avrovizion” mahnı yarışmasında da iştirak edir. Beləcə, ağır avtoqəza futbolçu karyerasına təzəcə başlamış İqlesiasın dünya şöhrətli müğənni olmasına səbəb olur.
İndi onun oğlu Enriki İqlesias da dünya şöhrətli müğənnidir.
Fidan
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












