Yuxusuzluğun səbəb olduğu 4 FƏSAD

Yuxusuzluq ən böyük problemlərimizdən biridir. Normal yuxu rejimi olmayan insanlar özlərini gün ərzində çox əzgin və yorğun hiss edir. Yuxusuzluq enerji səviyyəsi və əhvalımızla yanaşı, həmçinin sağlamlığımıza, işinizə də ciddi təsir edir.
Yuxusuzluq başqa hansı problemləri yaradır?
Avtosfer.az yuxusuzluğun törətdiyi fəsadları təqdim edir:
Həddindən artıq çəki
Normal yuxu rejimi olmayan insanlarda artıq çəki probleminin olması bir çox təcrübələr nəticəsində sübut olunub. Belə ki, yuxusuzluq iştah hormonlarının – leptin və qrelinin pozulmasına səbəb olur. Bu da piylənməyə şərait yaradan amillərdən biridir.
Qırışlar
Yuxu hormonu - melaton çatışmazlığı dərinin pisləşməsinə səbəb olur. Onun istehsalı səhər saatlarında 2 dəfə aşağı düşür. Ona görə də gec yatanların dəri hüceyrələrinin yenilənməsində problemlər yaranır. Bu da qırışların əmələ gəlməsinə gətirib çıxarır. Dəri daha yaşlı və solğun görünür.
Xərçəng riskinin artması
Həkimlər yuxusuzluğun kolon xərçənginə səbəb ola biləcəyini aşkarlayıblar. Gündəlik 8 saat yatmadıqda, bədənin qoruyucu müqaviməti azalır. Bu halda isə xərçəngə səbəb olan onkogen transformasiya ilə nəticələnmə ehtimalı çoxalır.
Artan narahatlıq
Müntəzəm yuxunun olmaması ilə beyin emosiyaları yaratmaqdan və idarə etməkdən yorulur, bu da əsəbilik və narahatlığı artırır. Tədqiqatlar göstərir ki, xroniki yuxu çatışmazlığı narahatlıq pozğunluqlarını yaradan əsas amillərdəndir.
Mütəxəssislərin sözlərinə görə, bu problemlərdən uzaq olmaq üçün 18-60 yaşlı insanlar gün ərzində 7 saatdan az yatmamalıdır.
(lent.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












